Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara 3 min manatadək sosial yardım ediləcək
Nazirlər Kabineti xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydasının təsdiq edilməsi barədə qərar qəbul edib.
Qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Bu Qayda “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hazırlanıb və xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi mexanizmini müəyyən edir.
Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və müvafiq xarici dövlətin milli qanunvericiliyi nəzərə alınmaqla həyata keçirilir.
Yeni qayda ilə sosial yardım almaq üçün müraciətə əsas yaradan hallar da müəyyənləşib.
Aşağıdakı hallarda xaricdə yaşayan aztəminatlı azərbaycanlılar Azərbaycan Respublikasından sosial yardım almaq hüququna malikdirlər:
- qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda;
- fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda;
- vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda.
Qaydaya əsasən, sosial yardım almaq üçün müraciət forması da məlum olub.
Sosial yardım almaq üçün müraciət edən şəxs “Elektron hökumət” portalında və ya Azərbaycan Diasporuna Dəstək Fondunun rəsmi internet səhifəsinin “Dövlət xidmətləri” bölməsində yerləşən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi ilə bağlı müraciətlərin qəbulu” elektron xidmətindən istifadə etməklə, müraciəti elektron formada həyata keçirir. Bunun üçün müraciətə aşağıdakı sənədlər əlavə edilir:
- sosial yardım almaq üçün əsas yaradan hallar və müraciət edən şəxslər barədə təsdiqedici sənədlər;
- yaşayış yeri üzrə qeydiyyatı təsdiq edən sənəd.
Elektron formada göndərilmiş müraciət dərhal qeydiyyata alınır və 1 (bir) iş günü müddətində müraciət edən şəxsin elektron poçt ünvanına və mobil telefonuna bu barədə məlumat göndərilir. Məlumatın göndərildiyi tarix sosial yardımın göstərilməsi üçün müraciət edilən gün sayılır.
Xaricdə yaşayan aztəminatlı azərbaycanlıların sosial yardım almaq üçün təqdim etdikləri xarici ölkənin dövlət orqanları tərəfindən tərtib edilmiş sənədlərin həqiqiliyi apostil və ya leqallaşdırma qaydasında təsdiq olunmalıdır. Sənədlər xarici dildə tərtib edildikdə, onların Azərbaycan dilinə tərcüməsi də əlavə olunur.
Yeni qayda ilə sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi haslları da müəyyən olunub.
Sosial yardım almaq ilə bağlı müraciətlərə onların daxil olduğu gündən bu Qaydanın 3.1.1-ci yarımbəndində (qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər ) nəzərdə tutulmuş hallara dair 25 (iyirmi beş) iş günü, 3.1.2-ci yarımbəndində (fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda) nəzərdə tutulmuş hallara dair 5 (beş) iş günü, 3.1.3-cü yarımbəndində (vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda) nəzərdə tutulmuş hallara dair 3 (üç) iş günü müddətində Fond tərəfindən baxılır və müvafiq qərar qəbul edilir.
Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:
- bu Qaydada nəzərdə tutulan sənədlərdə əks olunan məlumatlarda uyğunsuzluq aşkar edildikdə və ya göstərilən məlumatlar tam və ya düzgün olmadıqda;
- şəxs yaşadığı ölkənin müvafiq dövlət orqanlarından sosial yardım aldıqda.
Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi hallarda yardımın məbləği və göstərilmə tarixi, təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildiyi hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın surəti həmin gün müraciət edən şəxsin əlaqə vasitələrinə göndərilir. Sosial yardımın təyin olunması və ya sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər.
Yeni qaydaya əsasən, sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində sosial yardımın ödənilməsi həyata keçirilir.
Sosial yardım müraciət edən şəxsin bank hesabına, cənazənin Azərbaycan Respublikasına gətirilməsinə məsul olan qurumun hesabına köçürülmə yolu ilə ödənilir.
Sosial yardımın yuxarı həddi 3000 (üç min) manat müəyyən edilir. Sosial yardımın göstərilməsinə nəzarət Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
14 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
14 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 16 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR


















