ABŞ-da seçki: Hansı namizəd necə qazanır?
ABŞ-da Prezident seçkisinin nəticələri ikinci gündə də dəqiqləşmədi. Biden bu ana qədər 264 nümayəndə, Trump isə 214 nümayəndə qazanıb. Hələ 5 ştatda nəticələr dəqiqləşməyib. 270 nümayəndəyə çatan namizəd seçkini qazanacaq.ABŞ-da seçki nəticələri hələ tam dəqiqləşməyib, ancaq Demokratlar partiyasının namizədi Joe Biden (Co Bayden), Respublikaçılar Partiyasının namizədi, hazırkı Prezident Donald Trump (Donald Tramp) qarşısında qələbə qazanmağa çox yaxındır.
Marja xəbər verir ki, bu ana qədər Biden 264, Trump isə cəmi 214 nümayəndə qazanıb. 270 nümayəndəyə çatan namizəd ABŞ-ın yeni Prezidenti olacaq.
Prezident seçkisində qazananın müəyyən olmadığı 5 ştat qalıb. Bu ştatlar Pensilvanya, Şimal Karolina, Corciya, Nevada və Alyaskadır.
Joe Biden, bu ştatlardan Alyaska xaric qalanlardan hər hansı birini qazanması vəziyyətində ABŞ-ın yeni Prezidenti olacaq. Mövcud vəziyyətdə 5 ştatdan yalnız Nevadada öndə olan Biden-ə bu ştatı qazanmaq kafi olacaq. Çünki 6 nümayəndəli Nevadanı qazansa Biden-in nümayəndə sayı 270 olacaq.
Nevadada səslərin 86%-i sayılmışdır və Biden-in üstünlüyü var.
TRUMP-IN 5 ŞTATDA DA QAZANMASI LAZIMDIR
Qalan ştatlardan 3 nümayəndəli Alyaskada Trump açıq üstünlüyə malikdir, Pensilvanya, Şimal Karolina və Corciyada isə başa-baş bir yarış var.
Trump-ın yenidən Prezident seçilə bilməsi üçün səslərin sayılmasının başa çatmadığı 5 ştatın hamısında seçkini qazanması lazımdır.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)





