Vacib ərazi və yüksəkliklər ələ keçirilib - CƏBHƏDƏ SON VƏZİYYƏT
Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.Müdafiə Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, oktyabrın 22-si gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib.
"BƏRPA OLUNMAYAN ZƏRƏR VURULUB"
Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub. Düşmən bölmələrində döyüş texnikası, silah və sursat, ərzaq çatışmazlığı mövcuddur. Düşmən qoşunlarının idarə edilməsi praktiki olaraq itirilib. Döyüş mövqelərini qorumaq üçün nizami ordu bölmələri çatışmadığından onların əvəzinə məcburi şəkildə toplanan mülki insanlar gətirilir.
Məlum olub ki, Ermənistanın Tavuş və Sisian rayonundan Dağlıq Qarabağa gətirilmiş şəxsi heyət döyüşlərə girməkdən imtina edir, fərarilik edərək mövqeləri tərk edirlər.
Hazırda bütün cəbhə boyu döyüşlər davam edir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 6 d. əvvəl
- 30 d. əvvəl
-
39 d. əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
43 d. əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
1 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Ən çox oxunanlar
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı






.jpg)









.jpg)





