"Müharibə bitdikdən sonra Ermənistanda uzunmüddətli böhran başlayacaq
Qarabağ müharibəsi bitdikdən sonra iqtisadi gücü olmayan Ermənistanda uzunmüddətli ciddi böhran başlayacaq.
Bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O qeyd edib ki, müharibənin Ermənistan büdcəsinə hazırkı təsiri çox ağır və hərtərəflidir:
“Təsəvvür edin ki, Ermənistanda büdcə öhdəliklərinin icrası qalıb bir tərəfdə, bütün ölkə müharibənin aparılmasına səfərbər edilib. Bu, sadə iş deyil. Müharibə təkcə silah-sursatla, texnika və texnoloji dəstəklə aparılmır. Müharibə hərb sənayesindən başqa digər sənaye istehsalı məhsullarına təlabatı da kəskin artırır. Qidadan yanacağa qədər, infstrukturdan kommunikasiyaya qədər bütün istiqamətlərdə xərclər çoxalır. Bu təminatı icra etmək üçün digər istiqamətlərdə büdcənin icrasında ciddi problemlər yaşanır. Ardınca sosial-iqdisadi həyat iflic olmağa başlayır. İcrası yarımçıq qalan məsələlərin həllinə edilən cəhdlər isə avtomatik olaraq büdcə kəsirini və xarici borclanma səviyyəsini artırmış olur”.
Ekspert əlavə edib ki, Ermənistanda büdcə kəsiri hələ müharibədən əvvəl ümumi daxili məhsulun 5%-ni üstələmişdi. Müharibə isə bu kəsiri daha da artıracaq. Artmaqda olan büdcə kəsirinin kompensasiyası isə xarici borclanmanın daha da artması hesabına mümkündür.
İqtisadçının sözlərinə görə, təbii resurslar baxımından Ermənistan iqtisadiyyatının əsas gəlir mənbəyi dağ-mədən sənayesi idi.
E.Əmirov bildirib ki, Ermənistan üçün sənayenin bu növünün yerləşdiyi coğrafiya Azərbaycanın işğal olunmuş ərazilərini və bizim dövlət sərhədimizə yaxın Ermənistan ərazilərini əhatə edir. Muharibə başlayandan sonra isə hər iki ərazidə hasilat dayanıb ki, bu da Ermənistanı əsas gəlir mənbəyindən məhrum edib:
“Xərclərin ifrata vardığı bir məqamda gəlir yerindən də məhrum olmaq Ermənistan iqtisadiyyatı üçün növbəti öldürücü zərbə effekti oldu. Bütün bunlar müharibə zamanı, yəni hazırda hiss edilməkdədir. Amma daha ciddi təlatüm müharibə bitdikdən sonra başlayacaq. Onsuz da borc içində batan bir dövləti müharibə daha da bataqlığın dibinə çəkəcək”.
İqtisadçı qeyd edib ki, müharibənin vurduğu hərbi zərər dərhal görünsə də, onun gətirdiyi iqtisadi təlatüm müharibə başa çatdıqdan sonra hiss edilməyə başlayır. Belə ki, müxtəlif istiqamətlərdə yaranmış maddi boşluqların doldurulması, dağılmış infrastrukturun bərpası, götürülmüş digər öhdəliklərin icrası, ortaya çıxacaq müəyyən kompensasiya öhdəlikləri və s. problemlər məhz müharibə başa çatdıqdan sonra həll tələb edir:
“Bərbad iqtisadi sistemə malik Ermənistanın isə bu problemləri həll etməyə iqtisadi güc olmayacaq. Nəticədə isə ölkədə uzunmüddətli ciddi böhran başlayacaq”.
Trend
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 1 saat əvvəl
-
7 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
8 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
8 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
8 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Ən çox oxunanlar
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























