“Ermənilər Cəbrayılın azad olunan kəndlərini yenidən zəbt etməyə cəhd göstəriblər"
“Ermənistan silahlı qüvvələri müvəqqəti humanitar atəşkəs rejimindən sui-istifadə edib, 18 oktyabr saat 00:00-dan bir neçə dəqiqə keçmiş Cəbrayıl və Hadrut istiqamətində mövqelərimizə hücum etdilər”.
Bunu Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov ADA Univsersitetində diplomatik korpus üçün keçirilən brifinqdə deyib.
“Ermənistan ordusu eynilə Füzuli, Ağdərə istiqamətlərində də hücuma keçdilər. Ermənilər Azərbaycan Ordusunun Cəbrayılın işğaldan azad etdiyi ərazilərini yenidən zəbt etməyə cəhd göstərdilər, lakin onlar döyüş meydanından qaçmalı oldular”, - deyə MN-in İdarə rəisi qeyd edib.
Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir
“Hazırda cəbhə boyu ərazidə vəziyyət Azərbaycan Ordusunun tam nəzarəti altındadır”,- Hüseyn Mahmudov bildirib
O qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən heç zaman dinc ermənilərə qarşı hər hansı hücum edilməyib: “Lakin Ermənistan tərəfi bunun tam əksini edir. Onlar yatan dinc əhaliyə ballistik raketlərlə hücum edirlər. Gəncədə baş verənlər tarix kitablarına düşəcək”.
Azərbaycanın erməni əhaliyə humanitar dəhlizlə bağlı müraciətini xatırladan H. Mahmudov qeyd edib ki, Ermənistan dinc əhalidən sipər kimi istifadə etmək istəyir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























