“Bu, Vətən Müharibəsidir”
"Bu, Vətən Müharibəsidir”.
Bunu bu gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, hər bir xalqın taleyində belə hallar olur: “Biz də belə məqamda dövlətlərin əsl mövqeyini görmək də istəyirik”.
Hikmət Hacıyev, “Beynəlxalq ictimaiyyətin narahatlığını başa düşürük”, - deyib.
H. Hacıyev qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır: “Bəzi beynəlxalq təşkilatların rəhbərlərinin mövqeləri isə qəbuledilməzdir. Amerika Dövlətləri Təşkilatının rəhbəri qurumdakı dövlətlərin mövqeyini nəzərə almadan, qərəzli bəyanat verib. Frankofoniya Təşkilatının Baş Katibinin mövqeyini də qəbul etmirik. Biz üzv dövlətlərə müraciət edirik ki, qurumların rəhbərləri üzv dövlətlərin mövqelərini nəzərə alsın”.
Hikmət Hacıyev bildirib ki, "Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir".
H. Hacıyev deyib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxışında Ermənistanın növbəti təxribata hazırlaşdığı barədə məlumat verib: “Dünən Ermənistanın təxribatından sonra əks-hücum əməliyyatı həyata keçirilib. Hazırda qoşunların təmas xətti boyu əməliyyatlar davam edir”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan çətin vəziyyətə düşdükdə mülki əhalini hədəfə alır: “Ermənistanın hərbi doktrinasında da mülki əhali hədəf kimi göstərilir. Biz 2016-cı ilin aprel döyüşlərində, 1990-cı illərdə də bunu görmüşük. Dünən cəbhə xəttindən xeyli aralıda yerləşən Naftalan rayonunun bir kəndində bir ailə və onun azyaşlı üzvləri həlak olub. Bu gün səhər də Tərtər rayonu istiqamətində ağır artilleriya atəşi açılıb, Tərtərdə xalçaçılıq fabriki dağıdılıb. Tərtər rayonunda polis şöbəsinə zərbə endirilmək istənilib. 14 mülki Azərbaycan vətəndaşı yaralanıb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 43 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























