Hazırkı vaxtadək mülki əhalidən 19 nəfər xəsarət alıb
Xəbər verildiyi kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq dinc əhalinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutub, bununla da mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə davam edib. Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması məqsədilə tərəfimizdən xüsusi beynəlxalq tribunalın yaradılması üçün bir sıra beynəlxalq təşkilatlara, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasına müraciət ediləcək.
Azərbaycan Respublikasının Baş Prokurorluğu müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədilə zəruri olan tədbirlər həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 44 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI























