Azərbaycanın iri şirkəti Elektron Satınalma Sistemini təqdim edəcək
SOCAR-da artıq uzun illərdir biznes proseslərin rəqəmsallaşdırılması aparılır və satınalmalarda da bu proseslərə strat verilib. SOCAR-da aparılan satınalmalarda müasir standartlara və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, prosedurların rəqəmsallaşdırılması yolu ilə icra intizamının və nəzarətin gücləndirilməsi, operativliyin və satınalmaların təşkilində səmərəliliyin daha da artırılması, kağız daşıyıcılarda aparılan fəaliyyətin və sənəd axımının minimuma endirilməsi, gələcəkdə SOCAR-da tətbiq olunan proqram təminatları ilə, o cümlədən mərkəzi dövlət təşkilatlarının elektron sistemləri ilə inteqrasiyasının təmin edilməsi məqsədilə məsləhətçi şirkət cəlb olunub.
Marja xəbər verir ki, hazırda şirkətdə SOCAR Elektron Satınalma Sistemi layihəsi icra edilir.
Belə ki, artıq 01.08.2020-ci il tarixdən etibarən, “Bazar Araşdırması” modulunun SOCAR-da tətbiqinə başlanılıb. Buna uyğun olaraq, ehtimal olunan dəyərin müəyyən edilməsi elektron qaydada sistem daxilində aparılır. Bu modul vasitəsilə pre-kvalifikasiya prosedurlarının da həyata keçirilməsi təmin edilir. Elektron sistemin növbəti modulu “Elektron Satınalma” (e-sorucing) adlanır və müvafiq testlərin, sertifikatlaşdırılmaların və auditin aparılmasından sonra, SOCAR əməkdaşlarının və bazar iştirakçılarının istifadəsinə təqdim ediləcək. Bu modul vasitəsilə təkliflərin tam məxfi və toxunulmazlıq şəraitində baxılması, SOCAR üçün ən səmərəli təklifin avtomatlaşdırılmış qaydada müəyyən edilməsi təşkil ediləcək. Elektron modullar vasitəsilə, satınalamalara cəlb olunmuş SOCAR əməkdaşlarının olduğu kimi, bazar iştirakçılarının da əsas səmərəlik göstəricilərinin ölçülməsi və buna uyğun olaraq, zəruri tənzimləmələrin aparılması həyata keçiriləcək. Müsabiqə iddiaçıları üçün elektron “Şəxsi kabinet”də SOCAR-da dəvət olunduğu bu və ya digər prosedur haqqında rəyinin (feedback) verilməsi imkanları təmin ediləcək.
Bununla belə, SOCAR-da aparılan satınalmalarla bağlı səmərələşdirici təklfilərin, şikayətlərin və təşəkkürlərin, birbaşa olaraq, SOCAR-da satınalmalar sahəsində səlahiyyətli və məsul şəxslərə çatdıırlması və operativ həllər məqsədilə “Bizə yazın!” (Speak Up!) xidməti SOCAR-ın internet səhifəsində istifadəyə verilib. Bu alət vasitəsilə bazar iştirakçıları asanlıqla bir toxunuşla SOCAR-a yaza bilirlər.
Həmçinin oxu
SOCAR-da satınalmalar necə həyata keçirilir?Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















