"Bakıda 245 hündürmərtəbəli bina söküləcək"
"Nazirlər Kabinetinin 2017-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında cənab prezident bir daha tikinti sektorunun inkişafı və əhalinin mənzil şəraitinin daha da yaxşılaşdırılmasına diqqət çəkərək, Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli bina tikildiyini, Bakının müxtəlif yerlərində artıq müddəti keçmiş və yararsız vəziyyətdə olan binaların sahibkarlar tərəfindən sökülərək köhnəlmiş, qəzalı vəziyyətdə olan o binaların yerində hündürmərtəbəli, gözəl memarlığı ilə seçilən binalar tikildiyini qeyd etdi. Ölkə başçısının inşaat sektorunun inkişafına belə yüksək diqqət və qayğısı bizi çox sevindirir".
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərova "İnşaatçı" qəzetinə (qurumun rəsmi nəşri - red.) müsahibəsində bildirib.
Onun sözlərinə görə, Dövlət Komitəsi Bakı şəhərinin müvafiq rayonlarının ərazisində köhnəlmiş və qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrasında yaxından iştirak edir və müvafiq rayon icra hakimiyyətləri tərəfindən təqdim olunan ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin razılaşdırılmasını həyata keçirir: "Qeyd olunan qərarın qəbulundan bu günədək Bakı şəhərinin yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan 80 ərazi planlaşdırma sənədindən 60-ı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılıb. Bu isə öz növbəsində ümumi yaşayış sahəsi 2,6 milyon kvadratmetr olan 245 hündürmərtəbəli yaşayış binası və ya 25000 mənzil deməkdir. Artıq real olaraq söküntü işlərinə və əhalinin köçürülməsinə başlanılmışdır. Eyni zamanda onlarla hündürmərtəbəli yaşayış binaları artıq tikilir. 5 il müddətinə nəzərdə tutulmuş bu böyük tikinti layihəsi bugünkü templə davam edərsə uğurla həyata keçiriləcək. Ölkə başçısının da qeyd etdiyi kimi, bu layihələrin icrası sosial mahiyyət kəsb etməklə yanaşı, həm də şəhərimizin gözəlləşməsinə xidmət edir. Vətəndaşlar yeni mənzillərə köçürülür, qəzalı binalardan canı qurtarır, eyni zamanda, həmin vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30% daha böyük ölçüdə təmirli mənzillər verilir. Həmçinin, yeni binaların tikildiyi müddətdə sakinlər sahibkarların hesabına şəhərdə kirayə evlərdə, yaxud da sakinlərin əvvəl yaşadıqları həmin ərazidə tikilmiş əsas binanın mənzillərində müvəqqəti yaşayış yeri ilə təmin edilirlər. Bunu, sakinlərin heç bir xərc çəkmədən qəzalı vəziyyətdə olan mənzillərinin, yeni, daha rahat və geniş mənzillərlə əvəz olunduğu sosial mənzillər hesab etmək olar. Çünki köhnəlmiş və qəzalı vəziyyətdə olan həmin binalar istismar müddətini başa vurduğu üçün artıq həmin binaların sakinləri üçün real təhlükə mənbəyinə çevrilmişdi. Məhz bu layihə həmin problemləri vaxtında həll edə biləcək sosialyönümlü vacib tədbirlərdəndir. Bizdə olan məlumata görə, xaricdə sosial mənzillər, hündürlüyü 3 mərtəbədən çox olmayan və əsasən bir mərtəbədə bir neçə mənzilli koridor tipli yığcam mənzillər nəzərdə tutulur və belə tikililər massiv şəklində şəhər ətrafında aparılır".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 d. əvvəl
- 16 d. əvvəl
- 23 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Avropada təbii qazım qiyməti kəskin düşdü
Tramp İrana təşəkkür etdi
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
ABB-nin dəstəyi ilə ADA Universitetində “Karyera Həftəsi”!
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
















.jpg)





