BakuBus-ın daha bir avtobusu yanıb
Bu gün səhər saat 06:10 radələrində 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99JH038 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub.
BNA-dan verilən xəbərə görə, hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib.
Belə ki, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib. Avtobus boş olub və xəsarət alan yoxdur.
Yanğının səbəbləri araşdırılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, mütəxəssislər son 15 gündə sayca ikinci avtobusda yanğın hadisəsinin olmasını BakuBus avtobuslarının iki aydan artıqdır ki, fasiləsiz istismarı ilə əlaqələndirirlər. Onların sözlərinə görə, metronun işləmədiyi 72 gün ərzində BakuBus MMC-nin depolarındakı avtobuslar tam sayda daşımalara cəlb olunub. Yəni qarajlarda ehtiyat avtobus saxlanılmırdı çünki yüksək sərnişin tələbatını qarşılamaq lazım idi. Bu isə öz növbəsində avtobusların dövrü təmir işlərinin icrasına təsir edir.
01.09.2020 tarixində “BakuBus” MMC-nin istismarında olan 24 müntəzəm marşrut xətti üzrə “Iveco” markalı avtobusda yanğın hadisəsi olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 52 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























