İştirakçı xəstələndi, koronavirus peyvəndi sınaqları dayandırıldı
Oxford Universiteti və dərman şirkəti AstraZeneca-nın birlikdə inkişaf etdirdiyi koronavirus peyvəndinin son mərhələdəki klinik sınaqları bir iştirakçının peyvəndə mənfi reaksiyalar verməsilə əlaqədar olaraq təxirə salınıb.
Marja xəbər verir ki, AstraZeneca-nın yaydığı açıqlamada, bir iştirakçıda "açıqlana bilinməyən bir xəstəliyin" ortaya çıxmasının ardından sınaqların dayandırıldığı bildirilib.
Açıqlamada, yaşanan vəziyyətin arxasındakı səbəblərin araşdırılmağa başlandığı qeyd edilib.
Dünya Səhiyyə Təşkilatına (WHO) görə, hazırda koronavirus peyvəndi inkişaf etdirilməsini nəzərdə tutan dünya üzrə 176 araşdıma var. Bunların 33-ündə insanlar üzərində sınaqlar aparılır, doqquz araşdırma isə sınaq müddətinin son mərhələsindədir.
Oxford Universiteti ilə AstraZeneca-nın birlikdə inkişaf etdirdiyi peyvənd, təsirli olma ehtimalı yüksək işlər arasında xarakterizə edilir və yaxından izlənilir.
Peyvəndin birinci və ikinci sınaq mərhələləri müvəffəqiyyətlə tamamlanıb. Qısa bir müddət əvvəl üçüncü mərhələsinə keçilmişdi. Bu işlərə, ABŞ, İngiltərə, Braziliya və Cənub Afrikada təxminən 30 min nəfər qatılır.
Beynəlxalq bazarlarda səhmlər Kovid-19 peyvəndinə dair narahatlıqlar ilə əlaqədar ucuzlaşıb, dollar bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 59 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım






















