"Fitch" neftin qiyməti üzrə proqnozunu yaxşılaşdırıb
“Fitch” beynəlxalq reytinq agentliyi 2020-ci il üzrə “Brent” markalı neftin bir barel üçün qiymətini 35 dollardan 41 dollara, WTI markalı neft üçün isə 32 dollardan 38 dollara yüksələcəyini proqnozlaşdırıb.
Bu barədə agentliyin yenilənmiş proqnozunda deyilir.
Eyni zamanda, “Fitch”in ekspertlərinin uzunmüddətli proqnozlarına uyğun olaraq, “Brent”in bir barelinin qiyməti 55 dollardan 53 dollara, WTI-ın qiyməti isə 52 dollardan 50 dollara enəcək.
2020-ci il üçün qiymətləndirilmənin yaxşılaşdırılması “OPEC+” sazişi çərçivəsində neft hasilatını azaltmaqla və ölkə iqtisadiyyatlarının bərpası ilə əlaqələndirilir.
Bununla yanaşı, pandemiyanın yaratdığı böyük neft ehtiyatları nəzərə alınaraq, uzunmüddətli proqnoz aşağı salınıb.
“Bəzi ölkələrdə xəstələrin sayının artmasına baxmayaraq, bir çox ölkə təcrid tədbirlərini yumşaldıb. İkinci dəfə qlobal səviyyədə sərt məhdudiyyətlərin olacağını gözləmirik və hesab edirik ki, neftə olan tələbatın bərpası 2021-ci ildə də davam edəcək”, - məlumatda deyilir.
Agentlik 2021-ci il üçün proqnozunu “Brent” üzrə 45 dollar, WTI üzrə isə 42 dollar səviyyəsində saxlayıb.
Qeyd edək ki, hazırda dünya bazarlarında “Brent” neftinin qiyməti 42 dollar, WTI neftinin qiyməti isə 39 dollar təşkil edir.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























