Azərbaycanın da səhmdar olduğu bank İzmirdə metro inşasına vəsait ayırıb
Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Türkiyənin İzmir şəhərində metro xəttinin inşasına 50 milyon avro vəsait ayırıb.
Bankın Pekindəki mənzil-qərargahının yaydığı məlumatda bildirilir ki, vəsait İzmir metrosunun genişləndirilməsinin 4-cü mərhələsi çərçivəsində 7,2 kilometr uzunluğunda Fəxrəddin Altay-Narlıdərə xəttinin inşasına sərf olunacaq. Şəhərin mərkəzi ilə qərb hissəsini birləşdirəcək bu xətt üzərində 7 stansiya yerləşəcək. AİİB krediti dövlət zəmanəti olmadan verib. Bu, bankın birbaşa şəhər hökuməti ilə imzaladığı ilk kredit razılaşmasıdır.
İzmir əhali sayına və ümumi daxili məhsulun həcminə görə Türkiyənin üçüncü ən böyük şəhəridir. Şəhər hökuməti artan tələbatı nəzərə alaraq metro nəqliyyatının genişləndirilməsini həyata keçirir. Bu məqsədlə daha əvvəl Asiya İnkişaf Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından, Qara Dəniz Ticarət və İnkişaf Bankından da kredit cəlb olunub. Fəxrəddin Altay-Narlıdərə xəttinin 2022-ci ilin 4-cü rübündə istifadəyə verilməsi planlaşdırılıb.
Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Hazırda bankın təsdiqlənmiş üzvlərinin sayı 82-dir. Daha 20 dövlət isə ölkədaxili proseduru bitirdikdən sonra AİİB-in təsdiqlənmiş üzvlərinin sırasına qoşulacaq. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə 92 layihəyə təxminən 20 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















