Özbəkistanda böyük qaz-kimya müəssisəsi tikiləcək
Özbəkistanın Buxara vilayətində müasir MTO (metanoldan olefinə) texnologiyasına əsaslanan böyük qaz-kimya kompleksi inşa olunacaq.
Xarici KİV xəbər verir ki, baş sərmayədarı kimi “Özbəkneftegaz” dövlət şirkətinin və “Gazprom”un yan təşkilatlarından olan GPD-nin (Gas Project Development Central Asia) birgə müəssisəsi olan “Jizzakh Petroleum” şirkəti seçilən layihə çərçivəsində ildə 1,5 milyard yerli təbii qazın emalı ilə 500 min ton yüksək keyfiyyətli polimer, o cümlədən az qatı polietilen (LDPE), etilen vinil asetat (EVA), polietilen tereftalat (PET), polipropilen (PP) məhsullarının istehsalı nəzərdə tutulur.
“Jizzakh Petroleum” şirkətinə görə müəssisənin inşası bütövlükdə 2,8 milyard ABŞ dollarına başa gələcək. İlk dəfə ötən ilin may ayında rəsmi şəkildə açıqlanmış bu layihə Özbəkistan iqtisadiyyatının şaxələndirilməsi, yerli sənayenin inkişafı və idxalatın azaldılması, ixracata yönələn yüksək dəyərə malik məhsulların istehsalı kimi hədəfləri nəzərdə tutan planın tərkib hissəsidir.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















