Apple-ın bazar dəyəri "FTSE 100"ü aşdı
ABŞ-ın texnologiya şirkəti Apple-ın bazar dəyəri FTSE 100 İndeksindəki şirkətlərin cəmini aşıb.Apple şirkətinin bazar dəyəri, Böyük Britaniyanın ən böyük şirkətlərinin yer aldığı FTSE 100 İndeksinin bazar dəyərini keçib.
Marja xəbər verir ki, iPhone və iMac-ların istehsalçısının səhmləri bu 75% bahalaşıb və keçən ay 2 trilyon dollarlıq (1.48 trilyon sterlinq) bazar dəyərinə çatan ilk ABŞ şirkəti olub. O zamandan bəri birjadakı yüksəlişini davam etdirən şirkət Çərşənbə axşamı günü 2 trilyon 268 milyard dolları (1.69 trilyon sterlinq) görüb.
Digər tərəfdən Böyük Britaniyanın Shell və HSBC kimi qabaqcıl şirkətləri ilin əvvəlindən bu yana cəmi dəyərlərinin az qala dörddə birini itirib. FTSE 100 İndeksi Çərşənbə axşamı günü Mayın ortasından bu yana ən aşağı səviyyəsini görüb. İndeksin cəmi dəyəri 1.5 trilyon sterlinq səviyyəsindədir.
Çərşənbə axşamı günü qeyd edilən itki qismən güclü sterlinqdən qaynaqlanır. Sterlinq Mart ayındakı ən aşağı səviyyəsindən bəri 18% bahalaşıb. Bu da FTSE 100 İndeksində əhəmiyyətli bir yerə sahib olan ixracatçıların qazanclarına mənfi təsir edir.
Apple-dən Amazona qədər bir çox texnologiya və e-ticarət şirkəti istehlakçıların pandemiyadan qaynaqllanan bağlanmalar əsnasında onlayn xidmətlərə yönəlməsindən müsbət təsirləniblər.
Markets.com-un baş bazar analitiki Neil Wilson, "FTSE 100 İndeksi çox bahalaşma potensialı təqdim etməyən köhnə səhmlər ilə doludur. FTSE 100 İndeksi, dizlərinin üzərinə çökmüş olan qlobal iqtisadiyyat üçün yaxşı bir göstəricidir" deyib.
Apple, 2018-ci ildə Wall Street-də 1 trilyon dollarlıq bazar dəyəri səviyyəsini aşan ilk ABŞ şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















