Neftin gələn il 60 dollaradək bahalaşacağı istisna deyil
“Bank of America” (BofA) iyun ayında “Brent” markalı neftin qiymətinə dair 2020-ci və 2021-ci illər üçün proqnozunu 5 dollar artıraraq müvafiq olaraq 43 və 50 ABŞ dollarınadək yüksəltdikdən sonra spot qiymətləri bütövlükdə ehtimallara uyğun olsa da, gələn il tədarük ediləcək neft gözləniləndən daha çox bahalaşacaq.
BofA Global Research” qrupunun icmalında bildirilir ki, neftin bahalaşmasına səbəb olan başlıca amillər arasında OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşmanın yerinə yetirilməsinə sərmayəçilərin etimad göstərməsi, ABŞ-dakı şistli yataqlardakı hasilatın azalması, habelə dünya boyu neftə tələbatın get-gedə bərpa olması göstərilir.
“Bu cərəyanların bundan sonra da davam edəcəyin gözləyirik. Nəticədə dünya neft bazarında 2020-ci ilin 4-cü rübündə gündəlik 4,9 milyon barel, 2021-ci ildə də gündəlik 1,7 milyon barel həcmində kəsir yarana bilər”, – sənəddə qeyd olunur.
Belə olan halda “Brent” markalı neftin gələn il hətta 60 dollarlıq həddə çatmasının yüksək ehtimal olduğunu qeyd edən müəlliflər dünya boyu neft ehtiyatlarının həcminə dair cari məlumatlara görə həmin ehtiyatlar gözlənildiyindən daha sürətlə azalır. Belə ki, ABŞ və Çin istisna olmaqla bütövlükdə ehtiyatların həcmi adi səviyyəyə qayıdıb və hazırda 2017-2019-cu illərin orta səviyyəsini cəmi 46 milyon barel üstələyir.
Çindəki ehtiyatlar ABŞ ilə aralarındakı gərginliklə bağlı böyük həcmdə qalacağı, ABŞ-da isə bunun şistli yataqlarda gözlənilən hasilat azalması ilə bağlı olduğu bildirilir.
Bütövlükdə “BofA”nın proqnozu cari ilin dördüncü rübündə koronavirus pandemiyasının ikinci dalğasından yayınmağın mümkün olacağı ehtimalına söykənir.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























