“İcraçı Kredit Agentliyi”nin aktivləri 5% azalıb
“İcraçı Kredit Agentliyi” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 2,372 mln. manat təşkil edib.
BOKT-un maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,9% azdır.
“İcraçı Kredit Agentliyi”nin aktivlərinin 92,9%-ni və yaxud 2,203 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il BOKT-un kredit portfeli 6,7% kiçilib.
Hesabat dövründə “İcraçı Kredit Agentliyi”nin cəmi öhdəlikləri 71,7% azalaraq 52 min manat, cəmi kapitalı 0,4% artaraq 2,32 mln. manat olub. Əvəzində BOKT-un nizamnamə kapitalı 2,8% azalaraq 106 min manata düşüb. Buna səbəb kredit təşkilatının hüquqi şəxs olan təsisçilərindən birinin vəsaitini geri çəkməsidir.
2016-cı ildə “İcraçı Kredit Agentliyi”nin faiz gəlirləri 250 min manat (2015-ci ilə nisbətən 30,6% az), qeyri-faiz gəlirləri 92 min manat (2,8 dəfə çox), xərcləri isə 466 min manat (32,6% az) təşkil edib. Son nəticədə, BOKT-un xalis əməliyyat zərəri 124 min manat olub.
“İcraçı Kredit Agentliyi” verdiyi kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların yaradılmasına çəkdiyi xərclərə 139 min manat qənaət edib, 4 min manat isə mənfəət vergisi (15 dəfə az) ödəyib. Bununla da BOKT ötən ili 12 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə təxminən 92% azdır.
Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə yaradılıb, aqrar sahədə fəaliyyət göstərən kredit ittifaqlarını maliyyələşdirmək üçün uzun illər Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq edib. Hazırda isə BOKT Nazirliklə məhkəmə çəkişməsindədir. Buna səbəb dövlət büdcəsindən kredit ittifaqlarına ayrılmış vəsatin vaxtında geri qaytarılmamasıdır.
“İcraçı Kredit Agentliyi”nin təsisçiləri 58,85% payla 12 fiziki şəxs, 40,96% payla 10 kredit ittifaqı və 0,19% payla Azərbaycan Kredit İttifaqları Assosiasiyasıdır (AKİA). 2015-ci ilin yekununda fiziki şəxslərin payı 57,24%, hüquqi şəxslərin payı 42,58%, AKİA-nın payı isə 0,18% olub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 saat sonra
-
-
8 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
17 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 17 saat əvvəl
-
17 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
19 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)






.jpg)








