“Ölkədə tədbirlərin təxirə salınması üzrə 20 milyon manata qənaət edilib”
“Beynəlxalq tədbirlərə gediş-gəlişin azalması elm xərclərinin azaldılmasına səbəb olub”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, bir çox elmi sektorlar da dövlət büdcəsindən maliyyələşir. Nazir deyib ki, hazırda onlar fəaliyyət göstərmədirlərindən, bu maliyyələşmə də dayandırılıb: “Buradan da böyük qənaətlər əldə edilib. Biz təhsilə heç bir zərbə vurmaq istəmirik”.
S. Şərifov bildirib ki, ölkədaxili beynəlxaq elmi tədbirlərin təxirə salınmasıı üzrə 20 milyon manata qənaət edilib: “Qəbul edilən tələbələrin sayında da azalmalar nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələri pandemiyaya görə dayandırılıb. Onların ərzaq və kommunal xərcləri hesabına xeyli qənaət edilib. Burada hər hansı başqa motiv axtarmağa ehtiyac yoxdur”.
APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 11 saat sonra
-
-
5 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
5 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
6 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
6 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb
























