PAŞA Həyat Sığorta və PAŞA Sığorta şirkətləri Kubadan Azərbaycana həkimlərin cəlb olunmasına dəstək oldu
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha verilmiş göstərişinə uyğun olaraq yeni növ koronavirusla mübarizə sahəsində çalışan daha bir qrup xarici mütəxəssis Azərbaycana dəvət olunub.
Ölkə başçısının böyük təşkilatlara yönəlmiş Korporativ Sosial Məsuliyyət istiqamətinə lazımi diqqətin ayrılmasını təşviq edən çağırışına ilk cavab verən şirkətlərdən biri bu dəfə də PAŞA Holding və onun törəmə şirkətləri oldu.
Belə ki, PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətlərinin maliyyə dəstəyi ilə bütün dünyanı öz əsarətinə alan və vətəndaşlarımızın sağlamlığını risk altında saxlayan COVID-19 pandemiyasına qarşı mübarizə üçün Azərbaycana 115 kubalı tibb mütəxəssisi cəlb olunub. Onlar arasında epidemioloqlar, infeksionistlər və reanimatoloqlar var.
PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətlərinin dəstəyi ilə artıq ölkəmizə çatdırılan mütəxəssislər Kubada geniş yayılmış yoluxucu xəstəliklərlə, xüsusilə Ebola virusu ilə mübarizədə geniş təcrübəyə malikdirlər. Eyni zamanda, Kubalı peşəkarlar ümumilikdə səhiyyə və tibb sahəsində geniş biliklərə malikdirlər ki, bu da onların dəstəyi sayəsində tibb işçilərimizin COVID-19 virusu ilə mübarizədə xüsusi inkişaf əldə edəcəyinə inam verir. Belə ki, ölkəmizə gələn səhiyyə işçiləri pandemiyaya qarşı mübarizədə yerli həkimlərlə öz təcrübələrini bölüşəcək, bu virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarları ilə birlikdə çalışacaqlar.
Xatırladaq ki, COVİD-19 pandemiyası dövründə PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən koronavirusla mübarizə istiqamətində bundan öncə də bir neçə irimiqyaslı tədbirlər görülüb. Şirkətlər Qrupunun dəstəyi ilə koronavirusla mübarizə üçün laboratoriyanın yaradılması, Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Biz birlikdə güclüyük” layihəsinə dəstəyin göstərilməsi və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi ilə birgə fermerlərə mikrokreditlərin təqdim edilməsi kimi sosial məsuliyyət yönümlü fəaliyyətlər həyata keçirilib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
24 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
1 saat əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
1 saat əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AZAL tərəfindən 8 yeni təyyarənin alınması planlaşdırılır
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır






.jpg)





.jpg)







.jpg)






