Hesab.az QR kod ilə ödənişin tətbiqini genişləndirir
®️Qlobal bazarda baş verən yeniliklərdən geri qalmayan Hesab.az QR ödənişləri siyahısına işıq ödənişlərindən sonra, artıq su ödənişlərini də əlavə edib.
Yeniliyə əsasən Hesab.az mobil tətbiq istifadəçiləri Azərsu üzrə abunə haqlarının ödənişini QR kod ilə ödəniş edərək həyata keçirə biləcəklər.
Ödəniş aparmaq üçün sadəcə abunəçiyə təqdim olunan qəbzin üzərindəki QR kodu Hesab.az mobil tətbiqi vasitəsilə skan etmək kifayət edir ki, istifadəçilər Azərsu abonent kodunu yenidən daxil etmədən ödənişi dərhal həyata keçiriləcəkdir. Bu funksiya həm də pandemiya dövründə təmassız ödəniş etmək üçün şərait yaratmışdır.
Hesab.az işıq və su ödənişlərindən sonra yaxın gələcəkdə digər ödəniş növlərini də QR ilə edilməsini təmin etmək üçün təkmilləşdirmə işlərinə davam edir.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























