Şirkətlər qrupu yararsız ərazilərdə 2 min hektara yaxın fındıq bağları salıb
Şəki rayonunun Bideyiz, İnçə, Cunud Biləcik və Qaxın Qaşqaçay, Güllük, Almalı, Cəlayir, Zəyəm kəndləri yaxınlığındakı əkinə yararsız bələdiyyə və meşə fondu torpaqlarının bir hissəsində intensiv fındıq bağları salınıb. Həmin ərazilərdə işləri “AGA Group”un şimal-qərb bölgəsindəki təmsilçisi “Monte Ferro" Şirkəti həyata keçirir.
Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu günə qədər istifadə olunmayan əkin və bağçılıq üçün yararsız sayılan, təqribən, 2 000 hektara yaxın ərazidə yeni fındıq kolları əkilib.
"Monte Ferro" Aqroparkının Qax rayon birliyinin rəhbəri Xəzər Əhmədovun sözlərinə görə, artıq bu vaxta qədər əkin aparılan ərazilərdə üç, iki və bir illik intensiv fındıq bağları salınıb:
“Hazırda isə, Şəki rayonunun Cunud kəndi yaxınlığında 1 000 hektar ərazidə payızlıq əkin üçün hazırlıq işləri gedir. Ərazi texnikalar vasitəsilə iri çay daşlarından və koldan təmizlənir. Qax rayonunun Güllük kəndində isə, fındıq bağlarında əkilməsi nəzərdə tutulan tinglər yetişdirilir. Bu tinglər əkin zamanı sahələrə köçürüləcək”.
Ərazilər "Monte Ferro" şirkəti tərəfindən uzun müddətə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icarəyə götürülüb, çay daşı və kol-kosdan təmizlənərək əkin üçün yararlı vəziyyətə gətirilib.
Fındıq əkilən bağlar Azərbaycanda ilk dəfə olaraq müasir damcılı suvarma sistemi ilə təmin olunub. İntensiv fındıq bağlarında subartezian quyuları qazılıb, 10 min kubluq su hovuzları və elektrik təminatı ilə təchiz olunub. Bağsalma işlərinə il ərzində daimi və mövsümü olaraq kənd əhalisi cəlb olunub.
Şəki rayon Cunud kənd sakini 64 yaşlı Rəcəb Abdurəhmanov söyləyib ki, artıq altı aydır yaşadığı kəndin yaxınlığında işlə təmin olunub və aqronom kimi çalışır:
“Biz bu əraziləri daim kolluq və daşlıq ərazi kimi görmüşük. Ancaq hazırda burada fındıq əkininin aparılması üçün əhəmiyyətli dərəcədə işlər görülür.Ümid edirəm ki, əkdiyimiz fındıq kolları öz bəhrəsini verəcək və gələcəkdə də bu bağlarda biz çalışacağıq”.
Qeyd edək ki, "Monte Ferro" şirkəti tərəfindən 2022-ci ilə kimi fındıq bağlarının ümumi sahəsinin 5 000 hektara çatdırılması planlaşdırılır.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
- 1 saat əvvəl
-
10 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
14 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
ChatGPT-də reklam dövrü başlayır
"Eczacıbaşı Holding"in sədri Azərbaycana gəlib - Nazir ilə görüşüb, Azərbaycanda potensial fəaliyyəti müzakirə edilib
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Fəzail Ağamalı vəfat edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
























