Mərkəzi Bankdan "özəl valyutadəyişmə məntəqələri" xəbərinə reaksiya
"Başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur".
Mərkəzi Bank Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirərək bildirir ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər.
"Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməmişdir. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur.
Media nümayəndələrinə belə məlumatları yaymazdan öncə Mərkəzi Bankla dəqiqləşdirmə aparmağı və qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olma hallarının qarşısının alınmasına ictimai dəstək göstərərək həqiqətən də belə faktlarla rastlaşarlarsa dəqiq ünvan göstərməklə informasiya verməyi tövsiyə edirik".
Xatırladaq ki, özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair məlumat Marja.az portalı tərəfindən yayımlanıb. Portal bir sıra səbəbləri görə məntəqələrin ünvanlarını göstərməyib. Marja.az mövzuya bir daha qayıdacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
30 d. əvvəl
Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR
-
42 d. əvvəl
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir
- 45 d. əvvəl
-
46 d. əvvəl
Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
- 50 d. əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” zəfəri Azərbaycana yaşadanları YAŞATmağa çağırır!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı

Azərbaycanda ilk dəfə Gələcəyin Peşələri Sammiti keçiriləcək

İdxal artsa da, Gömrük Komitəsi plana tam əməl edə bilmir

Oktyabrın 7-də gözlənilən hava şəraiti

Ersin Tatar Azərbaycana səfərə gəlib

Renault 3 min nəfəri ixtisar etməyi planlaşdırır

Dövlət büdcəsində 4,5 milyard manatlıq artıqlıq yaranıb
