Çindən Azərbaycana 6 min qutu ipəkqurdu toxumu gətirildi
Çindən Azərbaycana 6 min qutu ipəkqurdu toxumu gətirilib.
Bu barədə "Marja"ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, 2016-cı ildə 2007-ci ildən bəri ilk dəfə olaraq ölkədə 70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın kümçü ailəsi bir ay ərzində 600 min manata yaxın gəlir əldə ediblər.
KTN tərəfindən 2016-cı ildə tender müqaviləsi əsasında Çindən 1,5 milyon ədəd tut tingləri tədarük edilib, əvəzi ödənilmədən 37 baramaçılıq rayonlarına paylanılıb və bu rayonların ərazilərində 150 hektara yaxın sahədə yeni intensiv tipli tut (çəkil) bağlarının salınması təmin edilib.
Cari ildə ölkədə 200 tondan çox yaş barama istehsalı nəzərdə tutulub. KTN tərəfindən tender müqaviləsi əsasında Çinin “Shandong Guangtong Silkworm Eggs Co” şirkətindən respublikada istehsal olunacaq barama məhsulunun həcmi nəzərə alınmaqla 6000 (altı min) qutu yüksək keyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) alınaraq bu gün respublikaya gətiriliib və inkubasiya qoyulması üçün Qax Damazlıq İpəkçilik Stansiyasına yola salınıb. Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuş barama toxumlarından əldə olunacaq ipək qurdlarının bölgü əsasında respublikanın 30 rayonunun kümçülərinə əvəzi ödənilmədən paylanılması nəzərdə tutulub. Dövlət istehsal olunmuş yaş baramanın növündən asılı olmayaraq, hər kiloqramına 5 manat subsidiya verir.
Bildirilir ki, ölkədə ipəkçiliyin inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, yaxın gələcəkdə toxum zavodlarınının və kümçülərin damazlıq barama toxumları ilə təmin ediıməsi funksiyalarını həyata keçirəcək Qax Damazlıq İpəkçilik Stansiyasının müasir standartlara uyğun şəkildə yenidən qurulması və modernləşməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















