Kapital Bank Visa kartlarına endirim verən partnyorlara əlverişli imkanlar təqdim edir
(®️) Kapital Bank sahibkarlıqla məşğul olanlara, həmçinin partnyor olmaq istəyənlərə mütəmadi olaraq güzəştli aksiya və kampaniyalar təqdim edir. Bu dəfə təqdim olunan yeni layihə Visa International şirkəti ilə birgə həyata keçirilir. Layihədə Azərbaycan və dünya üzrə bütün Visa premium kartları iştirak edir.
Şərtlərə görə, partnyorlar Visa premium kartları ilə nağdsız ödənişlər edən müştərilərə faiz endirimləri verərək, bir sıra üstünlüklərdən istifadə edə bilərlər. Belə ki, Visa Classic, Gold, Platinum, Signature və Infinite kart sahiblərinə endirim təqdim edən partnyorlar, Kapital Bank-ın endirimli komissiyalardan bəhrələnə, POS terminal və e-Commerce layihəsinə pulsuz qoşula bilərlər.
Həmçinin endirim təqdim edən şirkətlərin internet saytları olmazsa, onlara pulsuz sayt hazırlanma imkanı təqdim ediləcək. Əlavə olaraq bu layihə vasitəsi ilə partnyorlar ölkədaxili və xaricdə yeni müştərilər qazanacaqlar.
Müraciət etmək istəyənlər (050) 255 01 96 nömrəsi və ya [email protected] ünvanı ilə əlaqə saxlaya bilərlər.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
43 d. əvvəl
Azərbaycan Dəmir Yolları Çindən yeni yük və sərnişin lokomotivləri alır
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
3 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
4 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"Subsidiya qaydalarına və texnikalara güzəştlərin tətbiqi ilə bağlı mexanizmlərə dəyişikliklər edilməsi nəzərdə tutulur"
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Ən çox oxunanlar
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























