Öz biznesinə başlamaq istəyən aztəminatlı şəxslərə Azər Türk Bankdan dəstək
®️Dövlət bankı Azər Türk Bank ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluq proqramına Azərbaycan banklarının da dəstəyi barədə çağırışı ilə əlaqədar olaraq AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AR Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair imzalanmış müvafiq memoranduma qoşulmuşdur.
Bank tərəfindən müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı qismində ilkin beş nəfər seçilərək, həmin şəxslərin biznes planlarına uyğun olaraq, onlar üçün lazımi aktivlərin siyahısı tərtib edilmişdir.
Beləliklə, 25 iyun tarixindən başlayaraq, Bakı şəhəri və regionlar üzrə, öz biznesinə başlamaq istəyən dörd nəfər fiziki şəxsə Azər Türk Bank tərəfindən lazımi aktivlərin təqdimatı həyata keçirilməkdədir.
Qeyd edək ki, aktivlər sahibkarlara əvəzsiz olaraq verilir.
Azər Türk Bank sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünəməşğulluq işlərinin təşkili istiqamətində fəaliyyətini davam etdirməkdədir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Ətraflı məlumatı 012945 çağrı mərkəzi və ya +994557770945 WhatsApp nömrəsindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























