“Nəsimi Bazarı”nın zərəri artıb
“Nəsimi Bazarı” ASC 2019-cu ili 76 min 176 manat xalis zərər ilə başa vurub, bu, 2018-ci illə müqayisədə 15% çoxdur. ASC 2018-ci ili 66 min 426 manat xalis zərər ilə bağlamışdı.
Marja ASC-nin 2019-cu il dekabrın 31-nə mühasibat balansına istinadən xəbər verir ki, “Nəsimi Bazarı”nın 2018-ci ildə 179 min 192 manat təşkil etmiş əsas əməliyyat gəlirləri 2019-cu ildə 130 min 653 manata düşüb.
Ötən il “Nəsimi Bazarı”nın 130 min 653 manat gəlirlərinə qarşı cəmi xərcləri 206 min 829 manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən zərər yaranıb.
2018-ci illə müqayisədə 2019-cu ildə “Nəsimi Bazarı”nın cəmi aktivləri 7% artaraq 813 min 569 manata yüksəlib. Aktivlərin 328 min 926 manatını torpaq, tikili və avadanlıqlar təşkil edib.
May ayında “Nəsimi Bazarı” ASC-nin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı açıqlanmışdı. Ardınca mətbuatda çıxan məlumatlara görə, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində yerləşən məşhur “Nəsimi bazarı”nın metal konstruksiyalarının sökülməsinə başlanılıb. Bazarın yanında artıq üç yeni yaşayış binası tikilir və bazarın yerində də binaların inşası gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 11 d. əvvəl
- 23 d. əvvəl
- 29 d. əvvəl
-
32 d. əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 39 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
Ən çox oxunanlar
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac açıqlandı
Türkiyənin turizm gəlirləri 4,2% artıb







.jpg)






.jpg)







