“Bakı Kristal Zalı”nın gəlirləri kəskin azalıb
“Bakı Kristal Zalı” MMC 2019-cu ili 7599 manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə ötən il MMC-nin xalis mənfəəti 3,5 dəfə artıb. Belə ki, “Bakı Kristal Zalı” 2018-ci ili 2183 manat xalis mənfəət ilə bağlamışdı.
“Bakı Kristal Zalı”nın xalis mənfəətinin artması əməliyyat gəlirlərin artmasından deyil, inzibati, köhnəlmə və amortizasiya xərclərinin azalmasından qaynaqlanıb. Ötən il MMC-nin gəlirləri azalıb.
Marja MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Bakı Kristal Zalı”nın cəmi əməliyyat gəlirləri 3 milyon 294 min 925 manat, cəmi əməliyyat xərcləri 3 milyon 285 min 425 manat təşkil edib. MMC 9499 manat əməliyyat mənfəətindən 1899 manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Bakı Kristal Zalı”nın cəmi əməliyyat gəlirləri 4 milyon 742 min 320 manat, cəmi əməliyyat xərcləri 4 milyon 739 min 591 manat, əməliyyat mənfəəti 2729 manat, mənfəət vergisi ödəməsi 546 manat təşkil etmişdi.
2018-ci illə müqayisədə 2019-cu ildə “Bakı Kristal Zalı”nın cəmi əməliyyat gəlirləri 30,5% və ya 1 milyon 447min 395 manat azalıb.
“Bakı Kristal Zalı” 31 Dekabr 2019-cu il tarixində 17 milyon 377 min 301 manat yığılmış zərərə malik olub. “Bakı Kristal Zalı” MMC 2017-ci ili 10 milyon 460 min manat, 2016-cı ili 6 milyon 747 min manat zərər ilə başa vurmuşdu.
31 Dekabr 2019-cu il tarixində “Bakı Kristal Zalı” 174 milyon 289 min 959 manat cəmi aktivlərə malik olub və aktivlərin 169 milyon 684 min 853 manatını torpaq, tikili və avadanlıqlar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 21 saat əvvəl
-
23 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















