Azərbaycan 2 layihə üçün 150 milyon dollar borc aldı

Azərbaycan və Dünya Bankı (DB) iki layihənin reallaşdırılması məqsədilə 150 milyon dollar ümumi məbləğdə kredit sazişləri imzalayıb.
Bu barədə DB-nin Bakı nümayəndəliyindən məlumat verilib.
“Sazişlər iyunun ortalarında imzalanıb və bank tərəfindən məşğulluq proqramının genişləndirilməsi və ədliyyə sisteminin inkişafına 150 milyon dollar məbləğində kreditlərin ayrılmasını nəzərdə tutur”, - nümayəndəlikdən qeyd edibər.
Xəbər verildiyi kimi, 2020-ci il martın 5-də Dünya Bankı məşğulluğa dəstək layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycana 100 milyon dollar məbləğində kredit ayırılmasını təsdiq etmişdir. Kredit vəsaiti 4 ili güzəştli olmaqla 14 il müddətinə ayrılıb.
5 illik dövrü əhatə edən məşğulluğa dəstək layihəsinin məqsədi Azərbaycanda əhalinin həssas təbəqələrinə iş tapmaqda, əmək bazarında özünüməşğulluq imkanlarının reallaşdırılmasında kömək etməkdir. Layihə gənclər, qadınlar, təhsil səviyyəsi aşağı olan insanlar və ölkə daxilində köçürülmüş şəxslər arasında məşğulluqla bağlı vəziyyətin yaxşılaşdırılmasına yönəldiləcək.
Bundan başqa, 2020-ci il martın 26-da Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana 50 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. Kredit vəsaiti 11,5 il müddətinə təqdim olunub, bunun 4 ili – güzəştli dövrdür.
Reallaşdırılması 4 il müdətinə nəzərdə tutulan layihənin ümumi dəyəri 70 milyon dollar təşkil edir, bunun 50 milyon dollarını DB, 20 milyon dollarını isə Azərbaycan hökuməti tərəfindən ayrılacaq
Kredit resursları bir neçə istiqamət üzrə istifadə olunacaq: ədliyyə xidmətlərinin göstərilmə səviyyəsinin yaxşılaşdırılması; institusional potensialın, effektivliyin, monitorinq və qiymətləndirmənin gücləndirilməsi; pilot əsaslarla qabaqcıl texnologiyaların tətbiqi; layihənin idarə olunması və əlaqələndirilməsi.
Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bu günədək bank 50-dən çox layihənin həyata keçirilməsi üçün respublikaya ümumilikdə 3,5 milyard dollar məbləğində kredit ayırıb.
“İnterfaks-Azərbaycan”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 42 d. əvvəl
-
-
1 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb

Bazarlar “istefa şok"unu yaşayır

Fransanın Baş naziri istefa etdi, bazarlar sarsıldı
