Azərbaycanda bu günədək 1 milyon tondan çox taxıl yığılıb
Azərbaycanda taxıl biçini davam edir.
İyunun 19-na olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 33,5 faizində biçin başa çatıb. Biçilmiş 338188 hektar sahədən 1053514 ton taxıl yığılıb.
Taxıl üzrə orta məhsuldarlıq 31,1 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,4 sent/ha, buğda üzrə orta məhsuldarlıq 33,2 sent/ha təşkil edir.
Artıq ölkə üzrə 369303,7 hektar arpa sahəsinin 256695 hektarında biçin başa çatıb. Sahələrdən bugünədək 762932 ton arpa yığılıb. 10 rayonda arpa biçini tam başa çatıb.
Operativ məlumata görə, bu gün biçin prosesində 1644 kombayn iştirak edir. Bunlardan 581-i "Aqrolizinq"in biçin gedən rayonlarda aqriservislərin balansında olan kombaynlarıdır. "Aqrolizinq" tərəfindən digər rayonlardan biçin prosesinə əlavə 151 kombayn dislokasiya edilib. Biçinə, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 912 kombayn cəlb olunub.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.
Biçin davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)


















.jpg)
