“Az-Granata” şərabçılıq hissəsini daha da genişləndirir
“Artıq bir neçə ildir ki, ixracımız artan tendensiya ilə davam edir. Eyni zamanda, dövlətimizin apardığı islahatlar nəticəsində iş adamlarına yaratdığı imkanlardan faydalanaraq, İqtisadiyyat Nazirliyindən investisiya təşviqi sənədi alaraq zavodumuzun şərabçılıq hissəsini daha da genişləndirmək üçün yeni avadanlıqlar sifariş vermişik”.
“Marja” xəbər verir ki, bunu aprelin 17-də Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsində “Az-Granata” MMC-nin direktoru Rövşən Fərhadov bildirib.
Rövşən Fərhadov çıxış edərək deyib:
-Müəssisəmizin 500-ə qədər ixtisaslaşmış daimi işçi heyəti var və eyni zamanda, mövsüm ərzində əlavə olaraq, 300-dən çox mövsümi işçilər işə cəlb olunur. Zamanında peşəkarlıqla təsis edilmiş müəssisəmizin məhsulları ölkədaxili və xarici müştərilərimizin tərcih edilən brendinə çevrilib. Fəaliyyətə başladığımız ilk günlərdən etibarən hər zaman gələcəyi düşündüyümüz üçün bazarın mövcud və yaxın gələcəkdəki tələblərinin nədən ibarət olacağını fikirləşmişik. Müəssisəmizin avadanlıq və texnologiyalarının müasir tələblərə cavab verməsi üçün daim yenilənməsinə investisiyalar qoyulub. Məhsul çeşidliliyini artırmaqla imkanlarımızdan maksimum istifadə etmişik ki, bazarda daha çox adda məhsulla rəqabət apararaq gəlirlərimizi artıra bilək.
İstehsalatda keyfiyyətli məhsul əldə etmək üçün imkanlar daxilində bütün proseslər istehsalçının nəzarəti altında olmalıdır. Məhz bu səbəbdəndir ki, yüksək keyfiyyətli xammal ehtiyacımızı ödəmək üçün Ağsu rayonunda 350 hektar nar və Şamaxı rayonunda 400 hektara yaxın üzüm bağlarımız var. Bağlarımızda texnologiyanın son nailiyyətlərindən istifadə edərək ağaclara çox yüksək aqrotexniki qulluq edilir. Nar bağlarımıza Almaniyanın “Lacon” firması tərəfindən “BİO” sertifikat verilib. Dünyanın bir çox ölkəsində orqanik məhsullara olan tələbat gündən-günə artır və bizim ixrac imkanlarımız genişlənir.
Meyvələrimizin bir qismi ölkədaxili və xarici bazarlarda satışa göndərilir, digər bir qismi isə müəssisəmizdə xammal kimi istifadə olunur. Müəssisəmizdə İsveç, İtaliya, Almaniya, Fransa, Bolqarıstan, Türkiyə istehsalı olan avadanlıqlar sayəsində müasir standartlara cavab verən məhsullar istehsal edirik. Fəaliyyətimizi bir neçə istiqamətdə qurmuşuq və bu istiqamətlərdə brendləşməyə xüsusi diqqət yetiririk. Misal üçün, meyvə şirələri sahəsində “Frumba”, “Vita1000”, “+more”, spirtli içkilər sahəsində isə “Rubai”, “Kəhrəba”, “Sərkərdə”, “Belıy Volk”, “White Water” brendləri mövcuddur.
Daxili bazarda əldə etdiyimiz nailiyyətlər artıq bizdə özünə inam hissi yaradıb. Bunun nəticəsidir ki, keyfiyyətli və rəqabətqabiliyyətli məhsullarımızı ixrac edərək ixracın şaxələndirilməsi siyasətinə biz də öz töhfəmizi vermək istəyirik. Əminəm ki, Azərbaycanda istehsal olunmuş məhsullar dünyanın bir çox yerlərində süfrələrin sevilən dadı olacaq. “Made İn Azerbaijan” brendi ilə satdığımız məhsullarımızı tərcih edən xarici müştərilər ölkəmizi daha da yaxından tanımaq üçün internetdə “Azerbaijan” yazıb axtarış edəcək.
Artıq bir neçə ildir ki, ixracımız artan tendensiya ilə davam edir. Eyni zamanda, dövlətimizin apardığı islahatlar nəticəsində iş adamlarına yaratdığı imkanlardan faydalanaraq, İqtisadiyyat Nazirliyindən investisiya təşviqi sənədi alaraq zavodumuzun şərabçılıq hissəsini daha da genişləndirmək üçün yeni avadanlıqlar sifariş vermişik.
Yeni müştərilər tapmaq və mövcud müştərilərimizin istəklərini təmin etmək üçün imkanlarımızdan tam istifadə edirik. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən ixrac missiyaları, biznes forumlar və sərgilər bizə daha geniş müştəri bazarlarına çıxmağa kömək edir. Bu səfərlərdə biz rahatlıqla xarici müştərilərlə əlaqə saxlayıb, onların istəklərini öyrənirik. Xarici bazarlardakı rəqiblərimizi tanıyırıq ki, onlarla rəqabət apara bilək.
Möhtərəm cənab Prezident, Rusiya, Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail, Avstraliya kimi ölkələrdə “Made in Azerbaijan” adı ilə satılan məhsulumuzun hesabına ölkəmizə valyuta gətirilməsi işində az da olsa, əməyimizin olması bizi xüsusilə fərəhləndirir. Bir az öncə vurğuladığım kimi, ölkədə həyata keçirilən iqtisadi siyasətə kiçik də olsa, töhfəmizi verməyə çalışırıq. Artıq onlarla müştərimiz ölkəmizi və firmamızı daha da yaxından tanımaq üçün respublikamıza səyahət ediblər. Səfərlərinin bir gününü müəssisəmizə ayırsalar da, digər günlərdə ölkəmizin zənginlikləri və qonaqpərvərliyimizlə tanış olurlar.
Cənab Prezident, apardığınız uğurlu və məqsədyönlü iqtisadi siyasət ölkəmizin ixrac qabiliyyətini və çevikliliyini artırıb. İxrac sənədləşmələrində aparılan islahatlar nəticəsində ixrac üçün daha qısa zaman tələb olunur ki, nəticədə xərclərimiz azalır.
İnanırıq ki, Sizin diqqət və qayğınız nəticəsində biz sahibkarlar bundan sonra da daha rahat və problemsiz işləyəcəyik. Xarici bazarlarda yeni müştərilər qazanaraq ixrac imkanlarımızı artıracağıq. Bizə göstərdiyiniz bu qayğıya və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Müştərilərin xəbərləri
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 saat əvvəl
-
4 saat əvvəl
AZCON Holding və özəl investor anlaşdı - Birgə şirkət yaradılacaq, 10-a yaxın gəmi inşa ediləcək
-
-
7 saat əvvəl
Əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətlər bu Nazirliyə həvalə edildi - FƏRMAN
-
7 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb
-
7 saat əvvəl
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
- 8 saat əvvəl
-
9 saat əvvəl
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
-
10 saat əvvəl
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
-
10 saat əvvəl
Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: Netanyahuya İranın enerji obyektlərini vurma dedim
Sığortaolunanların dərman və tibb vasitələrlə təmin edilməsi üzrə öhdəlikləri TƏBİB-ə keçir
Avropa Mərkəzi Bankı İran müharibəsi fonunda faizlərini dəyişmədi
Bankın Gəncədə 2-ci filialı fəaliyyətə başladı
Ən çox oxunanlar
ABB istiqrazlarına sifarişlərin 97%-i tətbiq üzərindən edilib
Bankın 10 milyon manatlıq istiqrazlarına 503 investordan 587 sifariş
ABB istiqrazlarına abunə yazılışı başa çatıb - Sifarişlər təklifi 5 dəfə üstələyib, 503 fiziki şəxs əldə edib
Dolların 31 Mart üçün rəsmi məzənnəsi müəyyən olunub
Lizinq şirkətinin 15 % gəir təklif edən istiqrazlarına abunə yazılışı başlayır - TARİX
ABB-eSİM xidməti istifadəyə verildi!




















