Arı ailələri naməlum səbəbdən kütləvi şəkildə qırılıb
Astara ölkə üzrə ən çox arı təsərrüfatı olan rayonlardan biridir. Bu rayonun bir çox tanınmış arıçıları var ki, onların təsərrüfatlarının məhsulları keyfiyyətinə görə seçilir. Burzubənd kənd sakini Camal Baxşıyev də onlardan biridir. O, 25 ildir arı təsərrüfatına qulluq edir. Bu illər ərzində saxladığı arı ailələrinin sayını 20-yə çatdırıb. Lakin arıçı bu il qəribə hadisə ilə qarşılaşıb. Təsərrüfatındakı arı ailələri naməlum səbəbdən kütləvi şəkildə qırılır.
Hər səhər öz təsərrüfatındakı arıları yoxlayan kənd sakini bu dəfə fərqli mənzərənin şahidi olub. “Səhər saat 6-ya işləmiş arılara baxanda gördüm ki, 10 ailədə pətəkdən arı çıxmır. Hamısı tələf olmuşdu. Hər il pətəyi gənəyə qarşı dərmanlayırıq. Bu il isə heç bir dərman verməmişik. Arıların hansı səbəbdən qırılması çox maraqlıdır”, - deyə arıçı bildirib.
Zərərçəkən arıçı bu illər ərzində ilk dəfədir belə halla rastlaşır.
Məsələdən Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov da xəbərdardır. “Təsərrüfata baxış keçirdik. Burada 10 arı ailəsi demək olar ki, tamamilə məhv olub. Dəqiq cavab laborator analizlərdən sonra məlum olacaq. İlkin ehtimala görə, arılar zəhərlənib. Bu vaxtlarda bizim ərazilərdə çöl xurması çox olur. Arı ailəsi onun şirəsini çəkəndə zəhərlənə bilir. Amma bu, kütləvi olmamalıdır”, - deyə A.Nəzirov qeyd edib.
Təsərrüfatdakı digər pətəklərdə isə hər hansı problem yoxdur. Belə bir tələfatın baş verməsi kəndin digər arıçılarını da narahat edir.
Qeyd edək ki, arıların hansı səbəbdən tələf olmasını öyrənmək üçün nümunələr laboratoriyaya göndərilib.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























