Dövlət qulluqçularının orta maaşı 1000 manatı keçib
2020-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,4 min nəfər olmuşdur ki, onların da 29,0 faizini qadınlar təşkil edir.
Dövlət Statistika Komitəsindən Marja-ya verilən məlumata görə, dövlət qulluqçularının 4,7 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,6 faizi 4-7-ci təsnifatları, 19,7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir.
Dövlət qulluqçularının 7,2 faizi 1 ilə qədər, 23,5 faizi 1 ildən 5 ilə qədər, 23,8 faizi 5 ildən 10 ilə qədər, 16,6 faizi 10 ildən 15 ilə qədər, 28,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
Dövlət qulluqçularının 17,3 faizini 30 yaşadək, 16,3 faizini 30-34 yaşda, 23,8 faizini 35-44 yaşda, 19,9 faizini 45-54 yaşda, 21,3 faizini 55-64 yaşda, 1,4 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
2019-cu ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı 1022,2 manat təşkil etmişdir. Bu göstərici əvvəlki illə müqayisədə 28,3 faiz, 2005-ci illə müqayisədə isə 5,6 dəfə çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 17 d. əvvəl
-
-
44 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 46 d. əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Qızıl daha da ucuzlaşıb
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub

















.jpg)



