NFC ilə daha çox qazanc!
®️ VISA ilə tərəfdaşlıq çərçivəsində NFC texnologiyasını ilk dəfə ölkəmizə gətirmiş Azərbaycan Beynəlxalq Bankı bu texnologiya vasitəsilə nağdsız ödənişlərin stimullaşdırılması üçün daha bir addım atıb.
Bankın VISA ilə birgə start verdiyi yeni kampaniya NFC istifadəçilərinə xərclərindən qazandıracaq.
10 avqust 2020-ci il tarixinə qədər davam edəcək kampaniya çərçivəsində öz mobil telefonları ilə NFC texnologiyası üzərindən hər biri minimum 5 manatlıq 10 ödəniş edən müştərilər 25 manat dəyərində kəşbək qazanacaqlar. Kampaniya dövründə hər bir VISA kartı ilə ayda 1 dəfə kəşbək qazanmaq olar.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının hələ ötən ilin sentyabrından yerli bazara təqdim etdiyi bu yeni ödəniş üsulu müştərilərə plastik karta ehtiyac olmadan POS terminallarda öz mobil telefonları vasitəsilə təmassız ödəniş imkanı yaradır. Ödənişi həyata keçirməkdən ötrü sadəcə telefonda müvafiq funksiyanı aktivləşdirmək və telefonu POS terminala yaxınlaşdırmaq kifayətdir. Bundan ötrü mobil telefon android platformasında çalışmalı və NFC texnologiyasını dəstəkləməlidir. Bu barədə ətraflı məlumatı buradan əldə etmək olar. Mobil telefonla təmassız ödənişlər zamanı beynəlxalq kart təşkilatlarının təhlükəsizlik tələblərinə tam riayət olunur.
Azərbaycan Beynəlxalq Bankının “Qayğıkeş” proqramı çərçivəsində bankla tərəfdaş məkanlarda aparılan ödənişlərə görə müştərilər əlavə kəşbək faizləri də qazanırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















