"Bu il bol məhsul yetişdiyindən qiymətlər ucuzdur"
İmişlidə gilasın “Krım” növünün yığımına başlanılıb. Ağaclarda bol məhsul var, qiymət də münasibdir.
Şahverdili kənd sakini Nazim Həsənov bildirib ki, təsərrüfatı 20 sotdan ibarətdir və bağında 250 ədəd gilas ağacı var. Bu il bol məhsul yetişdiyini söyləyən bağban, qiymətlərin ucuz olduğunu deyir.
Təsərrüfatda əsasən 4 növ gilas ağacı əkilib. Onlardan “Öküz ürəyi” və “Zəngilan” növündən olan gilaslar daha tez yetişdiyi üçün yığım 3-5 gün əvvəl yekunlaşıb. Hər ağac orta hesabla 50-60 kiloqram məhsul verib.
Hazırda isə “Krım” gilasının yığımına başlanılıb. Bu növ gilas isə digərləri ilə müqayisədə daha uzun müddət saxlanıla bilməsi ilə seçilir. “Krım” növünən olan ağacın hər birindən 50-100 kiloqram məhsul gözlənilir.
Nazim Həsənov deyir ki, qiymətlər bağbanlar üçün sərfəlidir: “Hazırda 1 kiloqram gilasın qiyməti 80 qəpik - 1 manat 20 qəpik arasında dəyişir. Bağın əsas giləmeyvəsi sayılan ağ gilas da demək olar ki, yetişib. Hazırda az miqdarda toplansa da, yaxın 10 gündə kütləvi yığımına başlanılacaq”.
Onun sözlərinə görə, ağ gilasdan mürəbbə bişirilməsi üçün daha çox istifadə edilir deyə, ona tələbat da çox olur.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















