“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Amerika iqtisadiyyatına dair fundamental göstəricilərin müsbət açıqlanmasına baxmayaraq, avro, funt və lirəyə tələb yüksək olaraq qalır.
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Beynəlxalq valyuta birjalarında Amerikanın əmək bazarında dair fundamental göstəricilərin müsbət açıqlanması, EUR/USD məzənnəsinin bahalaşma dalğasının zəifləməsinə səbəb olub. Lakin Almaniya və Avrozona iqtisadiyyatı göstəricilərinin daha güclü vəziyyətinin qorunması şəraitində avroya olan tələb daha da arta bilər.
EUR/USD məzənnəsi cümə günü 1.14$-da müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, hazırda 1.13$-a ticarət edilən məzənnə, 1.12$-ın üzərində qaldıqca, yenidən artım dalğasına davam edə bilər.
GBP
İngiltərə iqtisadiyyatı göstəricilərinin Amerika ilə müqayisədə daha yaxşı vəziyyətdə olması, GBP/USD məzənnəsində də bahalaşmanın 1.30$-a kimi davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Bununla yanaşı, İngiltərə höküməti ilə Avropa Birliyi arasında Breksit iqtisadi sazişi adanışıqları da investorların diqqət mərkəzindədir.
TRY
USD/TRY məzənnəsində ucuzlaşma dalğasının zəiflədiyi müşahidə edilir. Bu məzənnənin yenidən bahalaşa biləcəyi proqnozlarını artırsa da dollarda ucuzlaşma dalğası özünü burada da göstərə bilər. Təhlillərə əsasən, Dollar/Lirə məzənnəsi ucuzlaşaraq, 6.74TL-ni qırarsa, ucuzlaşma 6.68TL-yə kimi davam edə bilər.
OIL
“OPEC+” ölkələrinin neft hasilatının məhdudlaşdırılması qərarının iyul ayına kimi də uzadıldığına dair açıqlamaları, neft qiymətlərinin bahalaşmasına səbəb olub. Avropanın Brent neftinin bir barel qiyməti, 42$-ın üzərində qaldıqca, 48$-a kimi də dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlərin diqqət mərkəzindədir.
GOLD
Qlobal iqtisadiyyatda canlanma gözləntiləri, əlvan metallar bazarlarında qızıla olan tələbin azalmasına səbəb olub. Beləliklə, bir unsiya üzrə qiymət 1707$-ın (56 $/qram) altında qaldıqca, 1646$-a (56.8 $/qram) kimi də dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı
-
-
4 saat əvvəl
Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bugatti Mistral - Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda - FOTOLAR
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

AMD və OpenAI strateji tərəfdaşlıq qurdu, AMD səhmləri 38% bahalaşdı

Tramp yük avtomobilləri üçün 25 %-lik gömrük rüsumu elan edib

Azərbaycanın investisiya şirkətinə əlavə maya qoyulur

Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakı Limanında son 22 ilin ən yüksək nəticəsi qeydə alınıb

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycan xaricilərə 8 milyon manata yaxın “tax free” qaytarıb

Qırğızıstan Prezidenti Azərbaycana gəldi

Macarıstanın Baş naziri Qəbələdədir

Azərbaycan bazarı Pakistan əti ilə dola bilər - RƏSMİ İCAZƏ ALDILAR

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davm edir

Dövlət Vergi Xidməti "planı" artıqlaması ilə icra edib

Fond 9 ayda dövlət büdcəsinə 11 milyard manata yaxın vəsait köçürüb
