Yenilənmiş Expresso kartları ilə daha geniş imkanlar!
(®️) Expressbank, hər kəs tərəfindən tanınan və sevilən Expresso kartlarını indi daha sərfəli etdi! Bankın yaydığı məlumata əsasən, kartlar artıq 3 fərqli növdə müştərilərə təqdim edilir. Belə ki, müştərilər Expresso Standard kart növü ilə yanaşı Premium kart sinifinə aid olan Expresso Gold və Expresso Platinum kartları arasında seçim edə biləcəklər. Hər 3 kartı birləşdirən növbəti üstünlüklər mövcuddur:
1. Kartlar AZN/ USD/ EUR /GBP - 4 fərqli valyutada təqdim edilir
2. Kartların qiyməti 5 AZN-dən başlayır
3. 4 il müddətinədək buraxılır
4. Həm debet həm kredit funksiyalarını özündə birləşdirir
5. Təmassız ödənişləri dəstəkləyir
6. Expressbank-ın ATM-lərindən debet qalığının nağdlaşdırılması zamanı komissiya- 0%
7. Sms banking hər 3 kartda artıq pulsuzdur
8. Ölkədaxili alış-veriş zamanı 30%-dək casback qazandırır
9. Manat valyutalı kartlar müştərilərin debet qalığına əlavə gəlir gətirir. Expresso Standard kart sahibləri kartdakı debet qalığına illik 3% gəlir, Expresso Gold kart sahibləri illik 4%, Expresso Premium kart sahibləri isə illik 5% gəlir qazanacaqlar.
Expresso Gold və Platinum kartlarında kredit xəttinin istifadəsi üzrə müştərilərə 40 günədək güzəşt müddəti də təqdim edilir. Əlavə olaraq, Expresso Platinum kart sahibləri Lounge key xidmətindən də istifadə edə biləcək. Bu xidmət sadəcə kartı göstərməklə dünyanın bir çox hava limanlarında lounge zallarına pulsuz daxil olmağa imkan verir.
Siz də bütün bu imkanlardan yararlanmaq üçün istənilən Expressbank filialına yaxınlaşa və ya https://bit.ly/3d5RzgI linkinə daxil olmaqla elə onlayn qaydada kartınızı sifariş edə bilərsiniz.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
9 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)
.jpg)








.jpg)







