Bank Ramazan sovqatı paylayıb
Müsəlman dünyasının müqəddəs bayramlarından biri olan Ramazan bayramı ərəfəsində Rabitəbank yardım aksiyası həyata keçirib.
Bank tərəfindən aztəminatlı və tənha yaşayan yaşlı insanlara bayram günü gündəlik qida məhsullarından ibarət Ramazan sovqatı paylanılıb.
Bankın əməkdaşları paytaxtın Xətai, Nəsimi, Nərimanov və Binəqədi rayonlarında məskunlaşan 120-dən çox tənha yaşayan yaşlıları ziyarət ediblər. Görüş zamanı bank nümayəndələri vətəndaşların müqəddəs Ramazan bayramını təbrik edərək yardım qutularını təhvil veriblər. Yardım aksiyasında iştirak edən təşkilatçılar mövcud vəziyyətlə bağlı sosial izolyasiya qaydalarına riayət ediblər.
Bankın adı çəkilən rayon üzrə filial rəhbərlərinin sözlərinə görə keçirilən belə sosial aksiyalarda məqsəd ölkəmizdə pandemiya dövründə milli həmrəyliyin gücləndirilməsinə bir qatqı və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, aztəminatlı ahılların sosial rifahını yaxşılaşdırmaq istiqamətində dövlət tərəfindən keçirilən tədbirlərə dəstək verməkdir.
Rabitəbank, Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, Rabitəbank Mobile adlı mobil əlavəsi, İnternet Bankinq və RabitaBot adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
6 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 18 d. əvvəl
- 20 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















