Dəmir yolu ilə sərnişindaşımanın rentabelliyini necə artırmaq olar?
Cəmiyyətin həyatında oynadığı sosial-iqtisadi rola görə sərnişindaşıma nəqliyyat sektorunda xüsusi əhəmiyyətə malikdir. Dəmir yolu sərnişindaşımaları isə avtomobil nəqliyyatına nisbətən həm də daha təhlükəsiz və ekoloji cəhətdən təmizdir. Qeyd olunan səbəblərə görə bu sektorun inkişafına xüsusi əhəmiyyət verilir.
Ölkəmizdə də sərnişinlərin dəmir yolu nəqliyyatından istifadəsi ildən ilə artır. Rəsmi statistikaya görə, bu ilin ilk rübü ərzində “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 1 milyon 082 min sərnişin daşınıb. Bunun 849 mini şəhərətrafı dəmir yolları ilə daşınıb ki, bu da bir il əvvəlki göstəricidən 85,1% çoxdur.
Ümumiyyətlə, dəmir yolu ilə sərnişindaşıma nə dərəcədə rentabellidir?
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, dəmir yolu ilə sərnişindaşımalar bütövlükdə zərərli sahədir.
“Bir çox ölkələrdə dəmir yolu ilə sərnişindaşımalar sosial xarakterli məsələdir və dövlət tərəfindən subsidiyalaşdırılır. Yaxud da daşıyıcı bu sektordan itkilərini yükdaşamılar hesabına kompensasiya edir. Azərbaycan da bu mənada istisna deyil. Dəmir yolunda sərnişindaşımadan əldə olunan gəlirlərin ADY-nin cəmi gəlirlərdəki payı 5 faizdən azdır. Lakin, bu, o anlama gəlməməlidir ki, bu sahədə artım üçün hər hansı perspektivlər yoxdur. Bu gün Azərbaycanda şəhərətrafı sərnişindaşıma əmək bazarının inkişafına təkan verərək əhalinin gündəlik əmək hərəkətliliyini təmin edir və milli iqtisadiyyata müsbət multiplikativ təsir göstərir. Çünki milli iqtisadiyyatın inkişafı üçün əmək qabiliyyətli əhalinin mobilliyi vacibdir və dəmir yolu bunu təmin edəcək potensiala malikdir. Lakin bu zaman həm də sərnişindaşımanın effektiv biznes modelinin yaradılması dəmir yolları üçün əsas prioritetlərdən olmalıdır", - o deyib.
Onun sözlərinə görə, dəmir yolunda sərnişindaşımanın rentabelliyini artırmağın istiqamətlərindən biri xidmət səviyyəsini yüksəltmək yolu ilə sərnişindaşımanın həcminin artırılmasıdır:
"Bunun üçün bir sıra faktorların mövcudluğu labüddür. Əgər söhbət şəhərətrafı sərnişin daşınmasından gedirsə, əvvəla dəmir yolu vağzallarına kimi olan infrastrukturun daha təkmil formaya çatdırılması təmin olunmalıdır. Bəli, bu bilavasitə ADY-dən asılı məsələ olmasa belə, daşıyıcının fəaliyyətinə mənfi təsirləri əhəmiyyətlidir. İkinci məsələ hərəkətin intensivliyinin təmin olunmasıdır. Bu, yalnız qrafiki sürüşdürməklə həll olunan iş deyil. Yeni qatarların və vaqonların alınmasına zərurət var. Məqsəd, bugünkü intensivlik çərçivəsində ələlxüsus pik saatlarda daşımadan kənarda qalan potensial sərnişinləri digər nəqliyyat vasitələrindən dəmir yoluna cəlb etməkdir. Belə ki, qatarların sayı hesabına intervalı minimuma salaraq hərəkətin maksimal dərəcədə intensivliyini təmin etmək mümkündür. Digər faktorlar sürətli və komfortlu hərəkətin təmin olunmasıdır".
R.Ağamirzəyevin vurğulayıb ki, bu gün Abşeron Dairəvi Yolunda optimal orta sürət 100 km/saat olmalıdır: "Lakin mövcud sürət bundan bir az aşağıdır və bu heç də qatarların texniki imkanları ilə əlaqədar deyil. Sürətin artırılması üçün dəmir yolu xətləri modernizasiya olunmalı, çəpərləmə işləri intensivləşməli və siqnallaşma sistemi təkmilləşməlidir".
"Komforta gəldikdə isə burada məsələ sadəcə yeni qatarların alınması ilə məhdudlaşmamalıdır. Rahatlıq həm hərəkəti, həm də təklif olunan xidmətlərin səviyyəsini əhatə etməlidir. Bura isitmə və soyutma sistemindən tutmuş, yüksək sürət zamanı Wi-Fi və mobil rabitə şəbəkəsinin sabit işinə kimi olan bütün məsələlər daxildir. Son addım kimi sərnişindaşımanın tariflərinin otimallaşdırılmasına baxıla bilər ki, bu da birbaşa olaraq rentabelliyin artırılmasını təmin edəcək. Düşünürəm ki, yuxarıda qeyd etdiklərimizin realaşdırılması nəticə etibarı ilə xərcləri optimallaşdırmağa, xidmətlərin keyfiyyətini artırmağa, bununla da sərnişindaşımanın rəqbətqabiliyyətliyini yüksəltməyə imkan verəcək”, - ekspert fikirlərini tamamlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
Dünyanın ikinci ən böyük şəkər istehsalçısı ixracını dayandırdı - ŞƏKƏR TOZU DAHA DA BAHALAŞA BİLƏR
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
-
16 saat əvvəl
Azercell “Baku Flames”in texnologiya və innovasiya tərəfdaşıdır
- 16 saat əvvəl
-
17 saat əvvəl
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
-
18 saat əvvəl
Tramp: İranın nüvə silahına sahib olmasına icazə verilə bilməz
-
18 saat əvvəl
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
-
18 saat əvvəl
Azər Türk Bank təqaüdçülərə 9,9%-dən başlayan istehlak kreditləri təklif edir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Rabitəbank” “GARMIN PAY” təmassız ödəniş həllini istifadəyə verdi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Rayonlarda mayın 16-dan 18-dək hava yağıntılı olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Kirayə qiymətinə mənzil təklifi – Aylıq ödəniş 420 manatdan başlayır
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Prezident İlham Əliyev Qazaxıstanda səfərdədir







.jpg)




.jpg)









