Bu fermer bir hektardan 35-40 ton kartof götürür
Tovuzda bir çox fermer bu sahədə kifayət qədər təcrübə qazanaraq, kartofçuluğu inkişaf etdirir. Qırx ildən çoxdur kənd təsərrüfatı ilə məşğul olan Atakişi İmaməliyev bu sahədə yeni olanlarla öz təcrübəsini paylaşır. Fermer hər il bir hektardan 35-40 ton məhsul götürür.
İyirmi beş hektar sahədə kartof əkən Atakişi İmaməliyev mövsüm zamanı satışda çətinliyinin olmadığını deyir. Hər il yeni məhsuldar kartof sortlarını əkib təcrübədən keçirir. Bu il də 3 yeni kartof toxumu səpib.
“Məhsulumuzu yığdıqdan sonra asanlıqla paytaxt bazarlarında, ölkəmizin digər şəhər və rayonlarında sata bilirik. Bu əraziyə Rusiyadan gətirdiyimiz “Anna Koroleva”, “Nevski” və “Rozara” toxumlarından səpmişəm. “Anna Karalova” sortunu bu il ilk dəfə olaraq 5 hektar sahədə təcrübədən keçirəcəm”, – deyə fermer əlavə edib.
Ölkə ərazisində karantin rejiminin tətbiqi fermerlərin işində hər hansı problem yaratmayıb. Sahələrdə istər texnikaların, istərsə də insanların işləməsində çətinlik olmayıb. Fermer bu il ötən ilkindən də artıq məhsul götürəcəyinə inanır.
Qeyd edək ki, Tovuz rayonunda 6 min hektardan çox kartof əkilib. Ötən il məhsuldarlıq 1 hektardan 250 sentner təşkil edib. Hazırda rayonun dağ kəndlərinin bəzi hissəsində kartof səpini hələ də davam edir. Kartof sahələrində yığım Tovuzun aran hissəsində iyunun sonlarından başlanacaq. Dağ kəndlərində isə kartofun çıxarılmasına yayın sonu, payızın əvvəllərində start veriləcək.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















