Bu il Lənkəranda 1000 hektar sahədə çəltik əkiləcək
Lənkəranda da çəltikçiliyə maraq xeyli artıb, rayonda çəltik sahələri ildən-ilə genişlənir.
Bu ilki qeyri-sabit hava şəraiti fermerləri müəyyən çətinliklərlə üz-üzə qoysa da, ümumilikdə, təsərrüfatlarda çəltik əkininə hazırlıq mərhələsi artıq başa çatmaq üzrədir. Rayonda çəltikçiliklə məşğul olan ən iri təsərrüfatlar “Creen East” MMC, “Muğan Duyu” MMC, “Cənub Aqro” MMC, “RUZ” MMC, “Faran” MMC və BETA firmasıdır.
Təsərrüfat sahələrində növbəti əkin üçün işlər qrafik üzrə davam etdirilir, əkin üçün nəzərdə tutulan şitillərə zəruri aqro-texniki qulluq göstərilir, əkin texnikası sazlanıb hazır vəziyyətə gətirilib, suvarma sistemi qaydaya salınıb.
“Creen East” MMC-nin baş aqronomu Fərman Abdullayevin sözlərinə görə, çəltikçilik sahəsində əldə olunun yüksək nəticələr əmək kollektivlərini hədsiz ruhlandırır. Ötən il “Creen East” MMC tərəfindən 100 hektarda çəltik əkilmişdisə, cari ildə 150 hektarda əkin keçirməyi planlaşdırıb. “Biz çəltik şitilinin yetişdirilməsini konveyr üsulu ilə həyata keçiririk”, - deyə Fərman müəllim bildirir. - “İstixana şəraitində yetişdirilən şitil daha sonra açıq havaya çıxarılır. Bu isə şitillərin mühitə uyğunlaşmasını təmin edir. Bu dövrdə həmçinin torpaq hamarlanır, ləklər hazır vəziyyətə gətirilir. Biz cari ildə yenə də ənənəvi “Haşimi” və “Apollo” düyü sortlarına üstünlük vermişik. Çünkü bu sortlar daha məhsuldardır”.
Bir neçə günə çəltik əkininə start veriləcəyini bildirən F.Abdullayevin sözlərinə görə, bu iş müasir texnikanın köməyi ilə həyata keçiriləcək: ”Əvvəllər əl əməyi ilə keçirilən əkin vaxt itkisinə səbəb olurdu. İndi isə Cənubi Koreyadan aldığımız texnikalar vasitəsi ilə gün ərzində 2-3 hektarda əkin aparmaq mümkündür”.
Qeyd edək ki, cari mövsümdə rayon üzrə ümumilikdə 1000 hektarda çəltik əkininin keçirilməsi nəzərdə tutulub.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə “2018-2025-ci illər üçün çəltikçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının başlıca məqsədi ərzaq təhlükəsizliyi baxımından ölkə əhalisinin ekoloji cəhətdən təmiz düyü məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün Azərbaycanda çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarətdir. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə ölkə üzrə çəltik əkini sahələrinin 10 min hektara, istehsalın həcminin isə 40 min tona çatdırılacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















