Tonlarla kök xarab ola bilər
Məhsul çox, alıcı isə azdırTovuzda Kür çayıətrafı sahələrdən kök yığımına başlanılıb. Rayonun Hunanlar kəndində kütləvi becərilən bitki yüksək məhsuldarlığı ilə seçilir.
Hunanlar kəndinin sakinləri kökü əl əməyi ilə, sahəyə su buraxıldıqdan sonra toplayırlar. Belə olanda kökü çıxarmaq daha asan olur. Lakin iş bununla bitmir. Torpaqdan çıxarılan zaman palçıqlı olan məhsul sakinlərin düzəltdiyi xüsusi yerlərdə yüksəktəzyiqli su şırnaqları ilə yaxşıca yuyulur, təmizləndikdən sonra qablaşdırılır və satışa hazır vəziyyətə gətirilir.
Kənd sakini Talıb Babayev deyir ki, pandemiya səbəbindən əvvəlki illərdən fərqli olaraq, bu il xarici bazarlarda tələbat da azalıb: “Düzdür, bu il də kəndə kök almaq üçün yük maşınları gəlir. Amma keçənilki kimi çox deyil. Kənd sakinlərinin məhsulu isə çoxdur”.
Sakinlərin sözlərinə görə, məhsulu yuyub qablaşdırdıqdan sonra yaxşı halda bir həftə saxlamaq olur. Sonra xarab olmağa başlayır. Elə ona görə də satış nə qədər tez həyata keçərsə, məhsulları da xarab olmaz. Hazırda isə təsərrüfatlarda xeyli miqdarda kök qablaşdırılmaqdadır.
Kökün bir kiloqramının hazırkı satış qiyməti 40-50 qəpiyədir. İnsan orqanizmi üçün xeyirli olan kökü təsərrüfat sahibləri toxum halında torpağa oktyabrda səpirlər. Aprelin sonu - mayın əvvəlindən isə kütləvi yığımı həyata keçirilir.
Hunanlar kəndində yayın ortalarına qədər sahələrdən kök yığımı davam edəcək.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















