“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti kəskin azalıb
“Azərbaycan Sənaye Bankı” ASC 2020-ci ilin 1-ci rübünü 2 milyon 236 min manat xalis mənfəət ilə başa vurub. 2019-cu ilin 1-ci rübü ilə müqayisədə “Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 43,4% azdır. Azərbaycan Sənaye Bankı 2019-cu ilin 1-ci rübünü 3 milyon 207 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 31 Mart 2020-ci il tarixində Azərbaycan Sənaye Bankı 907 milyon 328 min manat cəmi aktivlərə malik olub, aktivlərin 319 milyon 27 min manatını müştərilərə verilən kreditlər təşkil edib. 2019-cu ilin sonu ilə müqayisədə bankın aktivləri azalıb. Belə ki, 31 Dekabr 2019-cu il tarixində Azərbaycan Sənaye Bankı 985 milyon 151 min manat cəmi aktivlərə malik idi və aktivlərin 331 402 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.
“Azərsun Holdinq”ə yaxınlığı ilə tanınan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC –yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC –yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC –yə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
59 d. əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
3 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 3 saat əvvəl
-
4 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
4 saat əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
Ən çox oxunanlar
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu




















