Tenderlərdə, onların elanından sonra yaradılan şirkətlər qalib gəldi
Azərbaycanda dövlət satınalmaları zamanı “maraqlı” proseslər öz axarı ilə davam edir: Sumqayıt şəhərində üç tenderdə onların elanından sonra təsis edilən iki şirkət qalib gəlib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin tender komissiyası aprelin 18-də “Vertex Marketing” (VÖEN 2905806461) və “Bertfon SS” (VÖEN 2905806591) şirkətlərini dəftərxana və təsərrüfat mallarının (ümumi dəyəri 93253 manat), elektrik avadanlıq (113 695 manat) və yataq ləvazimatlarının (181 740 manat) satınalınması üzrə tenderin qalibi elan edib.
Dövlət satınalmalarının vahid elektron portalına əsasən, satınalma prosedurları fevralın sonunda - martın əvvəlində başlayıb. Tenderlərin qalibi olan hər iki şirkət martın 18-də Sumqayıtdakı mənzillərin birində eyni hüquqi ünvanda təsis edilib. Onların qanuni nümayəndəsi 38 yaşlı Faiq Hüseynovdur.
Şərtlərə əsasən, tenderdə iştirak üçün iddiaçılar təklifin dəyərindən əlavə mütləq qaydada texniki təkliflərini də (peşakarlıq, təcrübənin olması, həmçinin maliyyə imkanları) təqdim etməlidir. Komissiya texniki göstəricilərə 100 mümkün müsabiqə balından 45-i verir.
Sumqayıt şəhər İH-nin tender komissiyasının üzvü Rəhimdil Əhmədov bildirib ki, tenderlərdə minimal sayda namizəd iştirak edib. Komissiya “Vertex Marketing” MMC və “Bertfon SS” MMC-i ən aşağı qiymətlər təqdim etdiyinə görə qalib seçib.
©️ Turan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 19 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır























.jpg)
