Bir ərik ağacından 200-250 manat gəlir gözlənilir - MƏHSUL BOLDUR
Neçə illərdir qərb bölgəsində yaz aylarında qarın yağması və şaxtalı günlər nəticəsində ərik ağacları demək olar ki, meyvə vermirdi. Bu il isə bunun əksi müşahidə edilir. Xüsusilə, ərik bağlarındakı ürəkaçan vəziyyətə görə fermerlərin üzü gülür.
Ağstafa rayonunun Qarahəsənli kəndində Babayevlər qardaşlarının cavan ərik bağlarında iqlim şəraiti ilə əlaqədar neçə ildir məhsul az olurdu. Bu il isə məhsuldarlığın yüksək olacağı gözlənilir. Fermer Məhəmməd Babayev bildirib ki, əvvəlki illərdə meyvəni gah dolu, gah da şaxta vururdu.
“Bağımızda təxminən 300-dən çox ərik ağacı var. Ərik yaxşı qiymətə satılır. Bu il meyvənin bol olacağını və satışdan yaxşı gəlir əldə götürəcəyimizi gözləyirik. Dövlətimizin də qayğısı hər zaman üzərimizdədir. Güzəştli şərtlərlə gübrələr alıb bağdakı ağaclara verdik. Hazırda isə dərmanlama işini həyata keçiririk”, - deyə M.Babayev vurğulayıb.
Fermer qardaşların bağlarında əksəriyyəti ərik olmaqla gilas, qarağat və digər meyvə ağacları da var. Ərik bağı onların qazanc yeridir. Vaxtlı-vaxtında meyvə ağaclarının bütün aqrotexniki qulluğunu edən fermerlər indi də bağda gündəlik işləri ilə məşğuldurlar. Təbii ki, karantin rejiminin tələb və qaydalarını gözləmək şərti ilə.
Bağ sahibləri bu mövsüm bir ərik ağacından təxminən 200-250 manat gəlir əldə etməyin mümkün olacağını düşünürlər. Məhsuldarlıq yaxşı olarsa, bir ərik ağacından təxminən 30-35 kiloqram meyvə əldə etmək olacaq.
Ötən il bölgədə ərik az olsa da, yaxşı qiymətə satılıb - kiloqramı 3 manata. Fermerlər bu il də satışın onlar üçün əlverişli olacağına inanırlar. Yeri gəlmişkən, bağdakı əriklər yerli sortlardır və alıcı qabiliyyəti də yaxşı olur.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)






