Soğan 50 faiz ucuzlaşıb
Bərdədə payızlıq soğanın yığımı başlayıb. Tələbat olduğundan məhsul sahələrdən birbaşa satış mərkəzlərinə daşınır. Təzə məhsulun bazarlara çıxışı bolluğa, bu isə öz növbəsində qiymətlərə təsirini göstərib. Belə ki, soğanın qiymətində 50 faiz ucuzlaşma qeydə alınıb.
Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev bildirib ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2020-ci ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə, 1400 hektar sahədə payızlıq soğan əkilib ki, onun da 840 hektarı Bərdə rayonu ərazisindədir.
Bərdəli fermerlər əsasən payızlıq soğan becərirlər. Məhsuldar toxumun səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Son illərdə damcı suvarma üsulundan istifadə edilməsi nəticəsində məhsuldarlıq yüksəlib. Bu üsulla becərmə zamanı soğanın görünüşü və sağlamlığı daha yaxşı olur, məhsuldarlıq hər hektara 10-15 ton yüksəlir.
Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq soğan yığımı davam etdirilir.
"Təsərrüfatçılar topladıqları məhsulu birbaşa sahələrdə satırlar. Bir kiloqram soğan sahədə 45-47 qəpiyə təklif olunur. Sahələrdən soğanın birbaşa bazarlara aparılması satış mərkəzlərindəki bahalaşmaya son qoyub. Payızlıq soğanı anbarlarda saxlamaq olmur. Odur ki, istehsal edilən məhsul xaricə ixrac edilərsə, fermerlər daha çox mənfəət götürərlər", - deyə V.Babayev bildirib.
Payızda əkilən soğanın yığımı aprel-may-iyun aylarında davam edəcək. Yazda əkilən soğan isə avqust ayında yığılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















