Sərhəddə gərginlik yaradılır - Operativ Qərargah müraciət etdi
Koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq səviyyədə həyata keçirilən tədbirlər çərçivəsində bir sıra dövlətlər sərhədlərin bağlanmasına qərar verərək ölkə ərazisinə giriş-çıxışı müvəqqəti dayandırıb.
Bu barədə Marja-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, əksər dövlətlər hava reyslərini təxirə saldığından 2020-ci il mart ayından etibarən xaricdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımıza müraciətlər edilib, Azərbaycan hökuməti tərəfindən ayrılmış müntəzəm çarter reysləri üzrə İran, Türkiyə, Rusiya, İtaliya, Macarıstan və digər ölkələrdən soydaşlarımızın geri dönüşü təmin olunub.
Sonrakı mərhələdə COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycandakı mövcud vəziyyət təhlil edilmiş və xəstəliyin geniş yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixdən 20 aprel 2020-ci il tarixədək yükdaşımalar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları dayandırılıb.
Sərhədlərin bağlanması barədə əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq, hazırda Rusiya Federasiyasında yaşayan Azərbaycan vətəndaşlarının bir qisminin vətənə qayıtmaq məqsədilə sərhəd-buraxılış məntəqəsinə toplaşması, sərhəddə gərginlik yaratması kimi hallar müşahidə olunmaqdadır. Yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasında yaşayan və hazırda Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, 20 aprel 2020-ci il tarixədək ölkəmizin Rusiya Federasiyasıdakı səfirliyində və konsulluqlarında qeydiyyatdan keçməyə çağırırıq.
Hazırda Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunğundan ölkə sərhədlərinin qarşıdakı müddətdə açılmasına dair qərar 20 aprel 2020-ci il tarixindən sonra COVID-19 zəminində mövcud vəziyyət təhlil edilərək veriləcək.
Eləcə də ölkə daxilində karantin məqsədilə ayrılmış məntəqələrin vətəndaşları qəbul etmək imkanları və COVID-19 xəstəliyinin yayılma dinamikası nəzərə alınaraq səfirlik və konsulluqlarda qeydiyyatdan keçmiş şəxslərin müəyyən qrafiklə vətənə dönüşünün təmin olunması məsələsinə baxılacaq.
Sərhədlər bağlı olduğu müddətdə yalnız vəfat etmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin 1 nəfər yaxınının müşayiəti ilə (müşayiət edən şəxs Azərbaycana keçdikdən sonra karantində saxlanılmaqla) ölkəyə gətirilməsinə istisna hal kimi şərait yaradılacaq.
Qlobal pandemiya dövründə vətəndaşlarımızdan insanların sağlamlığı və təhlükəsizliyi naminə mövcud tələb və qaydalara əməl etmələri, sərhəd məntəqələrində toplaşmamaları, bununla da yaşadıqları ölkələrin karantin rejimini pozmamaları tələb olunur.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)







.jpg)



