“Standard İnsurance” zərərdən xilas ola bilməyib – DAHA DA ARTIB
Şirkət ardıcıl 2 ildir zərər edir“Standard İnsurance” Sığorta Şirkəti ASC 2019-cu ili 1 milyon 774 min manat xalis zərər ilə başa vurub. Şirkət ardıcıl 2 ildir zərər edir. 2018-ci illə müqayisədə 2019-cu ildə “Standard İnsurance”ın xalis zərəri 73,4% artıb.
Marja Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Standard İnsurance”ın cəmi gəlirləri 11 milyon 483 min manat, cəmi xərcləri isə 13 milyon 257 min manat təşkil edib. Şirkətin xərcləri gəlirlərini üstələdiyindən 1 milyon 774 min manat zərər yaranıb.
Ötən il “Standard İnsurance” 14 milyon 56 min manat sığorta haqları toplayıb, 5 milyon 462 min manat sığorta ödənişləri həyata keçirib.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə “Standard İnsurance” Sığorta Şirkətinin cəmi gəlirləri 13 milyon 27 min manat, cəmi cəmi xərcləri 14 milyon 51 min manat təşkil etmişdi. Şirkətin xərcləri gəlirlərini üstələdiyindən 1 milyon 23 min manat zərəri yaranmışdı.
Şirkət 2018-ci ildə 12 milyon 980 min manat sığorta haqları toplamış, 3 milyon 741 min manat sığorta ödənişləri həyata keçirmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
3 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
- 8 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 2 gün əvvəl
-
2 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq





















