Çoxlu balıq yeyirik?
Azərbaycan əhalisinin çoxu Xəzərin sahilində yaşasa da, çoxlu balıq yemir. Səbəb yüksək qiymətdir.
Statistik məlumatlara inansaq, ölkədə tutulan və idxal edilən balıq zəruri minimal tələbdən çoxdur. Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, minimal istehlak səbətində əhalinin balıq payı ildə 7,7 kq-dır. Amma Ümumdünya Səhiyyə Təşkilatı br nəfərə ildə 19,6 kq balıq yemək tövsiyə edir.
Əhalinin sayı nəzərə alınanda əhalinin minimal balıq tələbatı ildə 69,3 tondur.
Dövlət Statistika Komitəsinə görə, 2016-cı ildə respublikada 678,9 ton balıq tutulub. Amma balıq və başqa bioloji resurslardan istifadə qaydalarına uyğun olaraq, balıq tutulması kvotası 793,5 tondur.
Tutulan balığın 315,6 tonu kilkə, 92,5 tonu kütüm, 86,1 tonu siyənək, 67,7 tonu kefal, 49,9 tonu çömçə balığı, 27,3 tonu çapaq, 20,8 tonu başqa balıqlardır.
Ötən il ölkəyə 15 mln. 384.8 min manatlıq 9 min 547,53 ton diri və dondurulmuş balıq idxal edilib.
Statistikaya inansaq, əhali gündəlik rasionda balıq problemi ilə üzləşməməlidir. Amma bir çox vətəndaşlar üçün balıq əlçatmaq ərzaq məhsuludur. Orta yaşayış səviyyəsi olan 30 nəfərlə ekspress-sorğu göstərib ki, minimal norma 30,5 kq olsa da, bir ailə ildə 5 kq-dan çox balıq yemir. İlkin səbəb qiymətdir. Azərbaycan sərhədinə kimi balıq orta hesabla 1,61 dollara gətirilir. Buraya ümumi gömrük rüsumunu da əlavə etsək (36%), balıq idxalı 2,19 dollara başa gəlir. Topdançılar 25% əlavə etməklə onu mağazalara 2,74 dollara satır.
Yerli balığa gəlincə, onun qiymətində nə rüsum, nə də yük tranziti iştirak etmir. Mağazalarda təzə alabalıq 13,50, çəki balığı 12, suf 8, kütüm 12,90 manatdır. Bu, yerli çeşid balıq növlərinin az bir hissəsidir.
Nərə kürüsü ilə bağlı maraqlı vəziyyət alınır. Dövlət Statisyika Komitəsinə görə, 2016-cı ildə respublikaya 228,75 min dollarlıq 1,11 ton kürü gətirilib. Ölkədən isə 51,03 min dollar məbləğində 30 kq kürü ixrac edilib.
Belə çıxır ki, idxal edilən kürünün kq-ı 206 dollar, ixrac edilənin kq-ı 170 dollardır. Qeyd edək ki, dünya bazarında Xəzər kürüsünün 1 kq-ı 600-1000 dollardır.
Ayrıca götürülmüş ölkələr üzrə statistikada da fərqlər var. Bizim statistikaya görə, 2016-cı ildə Belarusdan qara kürünün 1 kq-ı 300 dollara alınıb. Belarus Milli Statistika Komitəsinin məlumatına görə, Azərbaycan qara kürünün kiloqramını 500 dollara alıb.
İqtisadçılar bildirirlər ki, Statistika Komitəsinin məlumatı çox şübhəlidir. Çünki qara kürünün dünya qiyməti rəsmi rəqəmlərdən çox yüksəkdir
Ehtimal olunur ki, vergidən yayınmaq üçün qiymətlər süni surətdə azaldılır.
İddialara görə, balıq sahəsi inhisardadır, ona görə ölkədə bu məhsul bahadır.
“Gürcüstanda alabalıq 5 lari (3,5 manat), bizdə isə xeyli bahadır. Qonşu ölkədə 2 minə yaxın təsərrüfat alabalıq yetişdirir. Azərbaycanda belə müəssisələri barmaqla saymaq olar”, deyə o bildirib.
Qeyd edək ki, beynəlxalq ekspertlər çox maraqlı fakt bildirir: yeməyində dəniz məhsullarından daha çox istifadə edənlər balıq yeməyənlərdən 5-10 il çox yaşayır.
Balıq zülalı ət zülalından asan həzm olnur, quş ətindən daha qidalıdır. Müxtəlif pəhrizlərdə balıq tövsiyə edilir.
Balıqda fosfor və kalium ərik qurusu və kişmişdən 40% çoxdur. Balıqda yod və manqan kimi əvəzolunmaz mikroelementlər var.
© Contact
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 gün sonra
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
- 2 gün əvvəl
-
2 gün əvvəl
“Kristal” şirkəti İtaliyanın qabaqcıl istehsalçısı ilə memorandum imzaladı
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İllik 15%-lik yüksək gəlir əldə etmək imkanı ®
SOCAR və “Uzbekneftegaz”ın birgə layihəyə başladı - Daşkənddə mərasim keçirilib, Mirziyoyev də iştirak edib
12, 36 və 146 nömrəli marşrutlarda avtobuslar yenilənir
SOCAR-ın ortaq olduğu “Üstyurt” Əməliyyat Şirkətinin ofisi açılıb
9-cu “Zeekr 001” avtomobilinin sahibi Leyla Fətəliyeva oldu
Ən çox oxunanlar
"Netflix" yarışı qazandı: "Warner Bros Discovery"ni 82,7 milyard dollara satın alır
Bank İmişlidə filial açdı
InvestAZ və Bakı Avrasiya Universiteti investisiya və kriptovalyuta bazarı üzrə seminar təşkil edib
Lombard şirkətinə 1,3 milyon manat pul lazımdır
Özbəkistan Prezidenti Azərbaycanın nazirini qəbul edib, birgə layihələri müzakirə edib
Azad olunmuş ərazilər üzrə torpaqların icarə müqavilələrinin imzalanmasına başlanıb
"Sizin Lombard"ın 15% gəlirliliyi olan 2 milyon manatlıq istiqrazları tam yerləşdirildi
Öz ərizəsi ilə işdən azad olundu






















