Azərbaycanda 1 vətəndaşa ildə 20 min manat ekvivalentinədək dollar satılacağı bildirilir
Azərbaycanda bir nəfərin ildə 20 min manat ekvivalentinədək dollar ala biləcəyi bildirilir.Marja-nın banklardan birinin kassirindən əldə etdiyi məlumata görə, indiyədək bir nəfərin 30 gün ərzində 20 min manat ekvivalentinədək xarici valyuta almasına icazə verilirdi, artıq müddət məhdudiyyəti 30 gündən 1 ilə qaldırılıb.
Azərbaycanın iri banklardan birinin filialında kassirlər, ötən ay 20 min manat ekvivalentinədək dollar alan müştərilərə 1 ildən sonra müraciət etmələrini bildirir.
Marja-nın digər mənbədən əldə etdiyi məlumata görə, Mərkəzi Bank dünəndən sistemini yeniləyib. Hər bir vətəndaşın FİN kodu sistemə daxil edilir və onun alışları yoxlanılır. Əgər, vətəndaşın cəmi xarici valyuta alışları 20 min manat ekvivalentinə çatmışdırsa, ona 1 il sonra xarici valyuta satışına icazə verilir.
Neftin kəskin ucuzlaşması Azərbaycan Manatı üzərində təzyiqi artırıb. Qeyri-müəyyənliyin nə qədər davam edəcəyini proqnozlaşdırmaq çətinləşdiyindən, gəlirləri kəskin azaldığı şəraitdə, Azərbaycan valyuta ehtiyatlarını qorumaq məcburiyyətindədir.
Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev Marja-ya açıqlamasında bildirdi ki, məlumat doğru deyil:
"Hər bir kəsə, 500 dollaradək şəxsiyyət vəsiqəsilə, 20 min manat ekvivalentinədək (11 min 750 dollaradək) xüsusi formanın doldurulması ilə, 20 min manat ekvivalentindən yüksək məbləğlər isə Maliyyə Monitorinqi Xidmətinin araşdırması ilə satılır. Hər bir kəs ay ərzində bir dəfə 20 min manat ekvivalentinədək xarici valyutanı ala bilər. Əlavə məhdudiyyətlər yoxdur".
Azəbaycan Mərkəzi Bankının Mətbuat Xidmətindən Marja-ya bildirildi ki, Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyasının açıqlaması ilə razıdır.
"NEFTİN İSTƏNİLƏN QİYMƏTİNƏ HAZIRIQ"
Xatırladaq ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov, "Azərbaycan neftin istənilən qiymətinə hazırlıqlıdır. Mərkəzi Bankda və hökumətdə devalvasiya bir dəfə də olsun müzakirə edilməyib" bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
9 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
11 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 11 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























