İrandan Azərbaycana "Novruz turistləri" axını təhlükədə
Qarşıdan gələn Novruz bayramında İrandan Azərbaycana 15 mindən çox turistin səfəri planlaşdırılır.
Bunu İranın “Aysan pərvaz” turizm şirkətinin baş direktoru Seyid Məhəmməd Mirrezayi bildirmişdi.
O qeyd etmişdi ki, bu il Novruz bayramında Tehran ilə yanaşı, Təbriz, Məşhəd və İsfahan şəhərlərindən də Bakıya çarter reysləri təşkil olunacaq.
Marja-nın məlumatına görə, İranda koronavirusun yayılması və ölənlərin sayının artması bu turistin səfəri ilə bağlı planları dəyişə bilər.
Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə koronavirusun Novruz bayramında ölkəmizə İrandan gələcək turistlərin sayına hansı formada təsir göstərəcəyinə dair suala belə cavab verib:
“Sərhəd açıq qalarsa, bu, başqa vəziyyətin, sərhəd bağlı qalarsa, bu, tamam başqa vəziyyətin yaranmasına səbəb olacaq. Biz həmin bu qərarlardan asılı olaraq, biləcəyik ki, turizmlə bağlı hansı konkret addımları ata biləcəyik”.
Ötən gün respublikamızın Biləsuvar gömrük sərhəd buraxılış məntəqəsi koronavirus təhlükəsi ilə əlaqədar olaraq fəaliyyətini dayandırıb. Dövlət Gömrük Komitəsi Çin Xalq Respublikasında aşkar edilən və qonşu İran İslam Respublikasında da yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində cənub sərhədlərimizdə yerləşən Astara və Biləsuvar gömrük sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparıldığını və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti bildirib ki, İranın Tehran və Ərdəbil şəhərlərinə gündəlik müntəzəm marşrut xətləri üzrə hərəkət məhdudlaşdırılmayıb və sözügedən istiqamətlər üzrə heç bir dəyişiklik edilməyib. Beynəlxalq reyslər, həmçinin Tehran və Ərdəbil şəhərləri üzrə reyslərdə xidmət göstərən avtobuslarda dezinfeksiya işlərinin təşkili gündəlik təmin edilir.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirib ki, “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
“O cümlədən, aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”, - AZAL prezidenti Cahangir Əsgərov bildirmişdir.
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Azərbaycan Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirmişdir, bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 gün sonra
-
-
8 d. əvvəl
İllik 15% gəlir təklif edən istiqrazlara 53 investor 53 sifariş təqdim edib, 100% yerləşdirilib
-
1 saat əvvəl
Azərbaycan gələn il neft-qaz sektorunda azalmanın dayanacağını proqnozlaşdırır
-
1 saat əvvəl
İri bank qızılın qiymətinin 2027-ci ildə 6 min dollara çatacağını gözləyir
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
-
2 saat əvvəl
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 29 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mayın 16-da gözlənilən hava şəraiti
“Unibank” yeni iri həcmli maliyyə vəsaiti cəlb edib
Ən çox oxunanlar
İlk 4 ayda Azərbaycanın qeyri neft-qaz sektoru 0,7 faiz artıb
SOCAR-ın prezidenti TPAO şirkətinin nümayəndə heyəti ilə görüşüb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 29 GÜN
Azərbaycanın aparıcı toyuq əti istehsalçısı yenidən təşkil olunur
AZAL bu gündən Dubay istiqamətində uçuşları bərpa edir
"Norm" şirkəti WUF13 ilə bağlı tədbirdə yer alıb
ABB Invest 2025-ci il üzrə müsbət artım dinamikasını qoruyub saxladı







.jpg)






.jpg)







